...

Azərbaycan və Türkiyə arasında imzalanan daha iki saziş qüvvəyə minib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 20 Fevral 2021 09:53 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında imzalanan daha iki saziş qüvvəyə minib (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş"i təsdiqləyib.

Trend bu barədə Türkiyənin “Resmi Gazete”sinə istinadən məlumat verir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş 2017-ci ilin oktyabrında, energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında saziş isə 2020-ci il fevralın 25-də Bakıda imzalanıb.

Hər iki sənəd bu gündən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti