...

ABŞ Əfqanıstandakı vəziyyətin siyasi həllinə sadiq qalır

Siyasət Materials 23 Fevral 2021 06:21 (UTC +04:00)
ABŞ Əfqanıstandakı vəziyyətin siyasi həllinə sadiq qalır

Bakı. Trend:

ABŞ Əfqanıstandakı vəziyyətin hərbi deyil, siyasi yolla həll edilməsini hesab etməkdə davam edir.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə müdafiə qurumunun mətbuat katibi Con Kirbi məlumat verib.

Daha əvvəl C.Kirbi Vaşinqtonun 2021-ci ilin ortalarına qədər Əfqanıstan və digər ölkələrdə qoşunlarının saxlanılmasına qərar verəcəyini bildirib.

Xatırladaq ki, 29 fevral 2020-ci ildə prezident Donald Trampın rəhbərlik etdiyi əvvəlki ABŞ hökumət və "Taliban" hərəkatı Dohada sülh müqaviləsi imzalayıblar. Razılaşmalara əsasən, Amerika Birləşmiş Ştatları, müttəfiqləri və koalisiya 14 ay ərzində bütün qoşunlarını Əfqanıstandan çıxarmalıdır. "Taliban" isə öz növbəsində Əfqanıstan ərazisini ABŞ və müttəfiqlərinin təhlükəsizliyinə təhdid yarada bilən hərəkətlər üçün istifadə etməyəcəklərinə zəmanət verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti