...

Türk Şurasının sammiti videokonfrans formatında keçiriləcək

Siyasət Materials 23 Mart 2021 11:21 (UTC +04:00)

Bakı. Trend:

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan qeyri-formal sammitinin videokonfrans formatında təşkil olunması qərara alınıb.

Trend bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

XİN bildirir ki, qərar epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub: "Bu qərar barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə rəsmi bildiriş göndərilib".

Qeyd edək ki, zirvə görüşündə Türk Şurasına üzv dövlətlərin başçıları və təşkilatda müşahidəçi olan Macarıstanın Baş nazirinin iştirak edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti