...

Siyasi partiyaların yarısı maliyyə hesabatını təqdim etməyib, vaxt isə başa çatıb

Siyasət Materials 1 Aprel 2021 16:47 (UTC +04:00)
Siyasi partiyaların yarısı maliyyə hesabatını təqdim etməyib, vaxt isə başa çatıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təxminən yarısı maliyyə hesabatını təqdim etməyib.

Trend-in məlumatına görə, aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatsa da dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 36-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti