...

Aprel döyüşləri Azərbaycanın 2020-ci ildə qazandığı qələbənin əsasını qoydu - İqor Korotçenko

Siyasət Materials 2 Aprel 2021 19:11 (UTC +04:00)
Aprel döyüşləri Azərbaycanın 2020-ci ildə qazandığı qələbənin əsasını qoydu - İqor Korotçenko

Bakı. Cani Babayeva - Trend:

2016-cı ilin Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri bütün göstəricilərdə erməni ordusunu üstələyir.

Bunu Trend-ə rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O bildirib ki, bu döyüş Azərbaycan ordusunun modernləşdirilməsinin praktiki nəticə verməsinin ilk uğurlu nümunəsi olub:

"O zaman, beş il əvvəl, Azərbaycanın 2020-ci ildə qazandığı qələbənin əsası qoyuldu. Aprel döyüşlərinin təcrübəsi, qazanılan biliklər, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərini keçmək bacarığı olmasaydı, beş il sonrakı uğura ümid etmək olmazdı.

Ekspertin sözlərinə görə, bu, vacib və əhəmiyyətli uğur idi:

"Biz gördük ki, aprel qələbəsi, daha sonra isə ötən ilin noyabrındakı yekun qələbə Azərbaycan Silahlı Qüvvələrinin regionda ən yaxşılardan olduğunu və müasir müharibə qanunlarına uyğun olaraq səmərəli fəaliyyətini göstərdi".

Aprel döyüşlərinin əhəmiyyətindən danışan İ.Korotçenko əlavə edib ki, Azərbaycan xüsusi bölmələrin, yəni xüsusi təyinatlıların, xüsusi əməliyyat qüvvələrinin və zərbə pilotsuz uçuş aparatlarının əhəmiyyətinin şahidi oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti