...

Avropa Şurası Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər

Siyasət Materials 20 Aprel 2021 18:06 (UTC +04:00)
Avropa Şurası Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər

Bakı. Ceyla Əliyeva - Trend:

Avropa Şurası İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda dayanıqlı sülhün qurulmasının dəstəklənməsi üçün addımlar ata bilər.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç AŞ PA-nın yaz sessiyasında deyib.

O, atəşin dayandırılması ilə bağlı noyabr sazişini alqışladığını vurğulayıb: "Hazırda işin vacib tərəfi atəşkəs rejiminə əməl olunmasını təmin etmək və əlbəttə ki, dayanıqlı sülh naminə çalışmaqdır".

Baş katib əlavə edib ki, Avropa Şurası artıq etimadın möhkəmləndirilməsi tədbirləri üzərində işləyir. Onun sözlərinə görə, Avropa Şurasının təklif edə biləcəyi addımlar mövcuddur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti