Azərbaycanda heç bir xalq milli mənsubiyyətinə görə təhdid və ya təqib olunmur - Kamaləddin Qafarov

Azərbaycanda heç bir xalq milli mənsubiyyətinə görə təhdid və ya təqib olunmur - Kamaləddin Qafarov

Bakı. Trend:

Bu gün Ermənistan Azərbaycana qarşı yeni təbliğat-informasiya müharibəsi aparmağa cəhd edir. Bu məqsədlə ermənilər və onların havadarları bir çox xarici ölkələrin qanunverici orqanlarında, habelə Avropa Parlamentində, ATƏT-in Parlament Assambleyasında, AŞPA-da ölkəmizə qarşı böhtan kampaniyaları təşkil edirlər. Halbuki bu beynəlxalq qurumlar hal-hazırda erməni millətçi-faşistlərinin ən azından son otuz ildə azərbaycanlılara qarşı törətdikləri qətliamlara və digər vəhşiliklərə görə, eləcə də Ermənistanın 44 günlük Vətən müharibəsi dövründə törətdiyi ağır hərbi cinayətlərə görə ən qısa zamanda beynəlxalq məhkəmə qarşısında cavab verməsini təmin etmək üçün müvafiq tədbirlər görməlidirlər.

Bunu Trend-ə verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili, ilk növbədə, Qarabağda yaşayan ermənilərə qarşı hər hansı bir təhdidin olmasına dair iddiaların tam əsassız olduğunu qeyd edib: “Azərbaycanın necə sülhsevər və tolerant bir ölkə olduğu bütün dünyaya məlumdur. Əsrlər boyu ölkəmizdə ən müxtəlif xalqların, millətlərin nümayəndələri, müxtəlif dinlərin təmsilçiləri mehriban şəraitdə, tolerantlıq mühitində yaşayıblar.

Bu gün də həmin ənənə davam edir və hətta daha geniş şəkildə öz təzahürünü tapır. Amma indi bizi başqa bir milləti təhdid etməkdə günahlandırırlar. Həm də bunu kimlər edir? Monoetnik Ermənistan ideoloqları. Əlbəttə, Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışılarından birində qeyd etdyii kimi, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını proqnozlaşdırmaq çətindir. İşğaldan azad edilmiş ərazilərə qayıdacaq keçmiş qaçqınlar ermənilərin onların torpaqlarına, əzizlərinin qəbirlərinə, dini abidələrinə nə etdiklərini görəcəklər. Onlar nə hiss edəcəklərini proqnozlaşdırmaq elə də çətin deyil. Lakin Azərbaycan gələcəyə istiqamətlənən bir dövlətdir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə bəyan edib ki, əgər Ermənistan bizə müsbət işarələr versə, biz yeni əlaqələri qura bilmək üçün hər şeyi edərik. Amma Ermənistanın hazırkı mövqeyi tamam başqa niyyətlərdən xəbər verir. Azərbaycanofobiya, türkofobiya, revanşist şüarlar Ermənistan cəmiyyətini normal düşünmək və qərar vermək imkanlarından məhrum edir.

Bu, əlbəttə, Ermənistanın öz problemidir. Erməni əhalisinin Azərbaycanda yaşamasının qeyri-mümkünlüyünü iddia edən ünsürlərə gəlincə isə, onlar bilməlidirlər ki, Azərbaycan heç kəsi öz iradəsinin əksinə olaraq bu ölkədə yaşamağa məcbur etmək niyyətində deyil. Əgər kimsə Azərbaycanda yaşamağı özü üçün qeyri-mümkün heab edirsə, istənilən an ölkəni arzu etdiyi istiqamətdə tərk edə bilər. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsinin yenidən qabarıq formada üzə çıxardığı məqamlardan biri də Azərbaycanın həqiqətən tolerant və multikultural bir ölkəyə çevrilməsi faktıdır. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və çoxmillətli ölkədir. Məhz bu səbəbdən də Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək tək düşmənə qarşı vuruşublar.”

Kamaləddin Qafarov Azərbaycanın ermənilərə qarşı təcavüz həyata keçirməsini tamamilə yersiz bir iddia adlandıraraq bunları deyib: “Azərbaycan erməni təxribatlarına son qoymaq, öz torpaqlarını işğaldan azad etmək və BMT Qətnamələrinin icrasını təmin etmək məqsədilə qısa müddətli müharibə apardı, hərbi əməliyyatlar keçirdi və öz məqsədlərinə nail oldu. Xalqımıza qarşı qanlı cinayətlər törətmiş işğalçı Ermənistan ordusu döyüş meydanında məhv edildi. Burada hansı təcavüzdən danışmaq olar? Bir də Azərbaycanın bu məqsədlə guya ki, qardaş Türkiyədən və ya digər ölkələrdən əsgəri dəstək alması barədə iddialar, ümumiyyətlə, gülüncdür. Azərbaycan Ordusu istər kəmiyyət, istər keyfiyyət, istərsə də mənəviyyat baxımından işğalçı erməni ordusunu qat-qat üstələyirsə, bizim əlavə qüvvəyə niyə ehtiyacımız olmalıdır? Bir məqamı da qeyd etməliyəm ki, başqa ölkənin ərazisinə soxulmuş silahlı birləşmələrin onlara qarşı təcavüz həyata keçirildiyinə dair bəyanatlar verməsi heç bir məntiqə sığmır.”

Kamaləddin Qafarov Azərbaycanın Vətən müharibəsini beynəlxalq humanitar hüququn bütün normalarını gözləməklə, insanlıq əleyhinə heç bir cinayətə yol vermədən apardığını qeyd edib. Millət vəkili bu xüsusda erməni təbliğatının öz hərbi birləşmələrinin cinayətlərini Azərbaycanın adına çıxarmağa çalışdığını deyib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli şəkildə müharibə apardı. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə oldu. Azərbaycan Prezidenti müharibənin hərbi fazasını Şuşadakı Qələbəmizdən sonra dayandırmaqla dərin strateji baxış nümayiş etdirdi. Müharibə zamanı tətbiq edilən taktika, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşır. Ermənistandan fərqli olaraq Azərbaycan müharibə dövründə də məsuliyyətli ölkə kimi davranıb. Müharibə zamanı hərbi qulluqçularımız tərəfindən bir nəfər belə olsun mülki vətəndaşlara zərər yetirilmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Amma bizim cəbhə bölgəsindən xeyli uzaqda olan şəhərlərimizi, gecə evlərində yatan dinc sakinləri hədəfə alan, raket atəşinə tutan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə mütləq cavab verməlidir.”

Kamaləddin Qafarov bu məqamı da xüsusi olaraq qeyd edib ki, ermənilər tərəfindən atılmış mülki vətəndaşlara qarşı Azərbaycan hərbçilərinin sərgilədikləri münasibət də dövlətimizin humanist siyasətinin və ordumuzun humanist davranışının təzahürüdür: “Azərbaycanın müharibə zamanı davranışı müxtəlif beynəlxalq qurumlara Ermənistan tərəfindən tamamilə təhrif olunmuş formada təqdim edilir. Ermənistan Azərbaycana qarşı demonizasiya siyasəti yürüdərək, beynəlxalq ictimaiyyətə uydurmalar qəbul etdirməyə, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən ölkə olaraq təqdim etməyə çalışır.

Lakin Azərbaycan təkcə müharibə zamanı deyil, müharibədən sonrada da eyni insani davranış nümayiş etdirib. Azərbaycan 1500-dən çox erməni əsgərinin cəsədini Ermənistana təhvil verib. Azərbaycan Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edir. Halbuki hələ Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur aramızda olan fərq!”

Sonda millət vəkili Qarabağda və ətraf rayonlarda erməni mədəni irsinin dağıdılması barədə səslənən iddialara da münasibət bildirərək bunları demişdir: “Nəyinsə dağıdılması üçün ilk növbədə onun mövcud olması gərəkdir. Tarixi saxta olan bir etnosun hansı mədəni irsindın danışmaq olar? Amma ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər. Ermənistan tərəfindən Azərbaycanın işğal altındakı torpaqlarında dini və tarixi-mədəni abidələrin məhv və talan edilməsi əslində bütün bəşər sivilizasiyasına qarşı törədilən beynəlxalq cinayətdir. Erməni vandalları işğal etdikləri ərazilərimizdəki yeraltı və yerüstü sərvətləri talamaqla yanaşı, maddi mədəniyyət nümunələrini də yox ediblər. Bu mümkün olmadıqda isə həmin abidələrin üzərində erməni dilində yazılar həkk edib, yaxud həmin abidələrin onlara məxsus olması barədə erməni dilində lövhələr yerləşdiriblər.

Uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılıb, viran qoyulub, talan edilib. Əlbəttə, Azərbaycan azad edilmiş rayonlarda tezliklə bütün tarixi-mədəni abidələri bərpa edəcək. Lakin bu gün ermənipərəst qüvvələrin təhriki ilə Azərbaycana qarşı irəli sürülən uydurma ittihamlar ətrafında müzakirələr aparan beynəlxalq qurumlar bilməlidirlər ki, Qarabağ və ətraf rayonlarda tarixi-mədəni və dini abidələrin dağıdılmasında Ermənistanla yanaşı onlar da məsuliyyət daşıyırlar. Çünki, işğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilən vəhşilikdir və bu vəhşiliyi susqunluqla izləməyin özü də bir cinayətdir.”

İsveçdə 200 qvardiyaçı koronavirus simptomlarına görə hərbi təlimlərdən kənarlaşdırılıb
İsveçdə 200 qvardiyaçı koronavirus simptomlarına görə hərbi təlimlərdən kənarlaşdırılıb
İranda ötən sutka koronavirusdan 283 nəfər ölüb
İranda ötən sutka koronavirusdan 283 nəfər ölüb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 340 mini ötüb
Loading Bars
Xəbər lenti
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)
Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi Qazaxıstana çatıb (FOTO)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ edildi
Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)
"Azəriqaz" bayram günlərində də fəaliyyətini davam etdirəcək
Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi
Tibb müəssisələrində yoxlamalara başlanılıb
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Sənaye və məişət tullantıları ilə bağlı 650 nəfər barəsində tənbeh tədbiri görülüb
Artıq 8 may ağrısı ilə deyil, 8 noyabr qüruru ilə yaşayırıq – Politoloq
Balakəndə əməliyyat, polis narkobaronu yaxaladı
Bu il Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlanıb
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib (FOTO)
Qadın cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb, müəssisə rəhbəri işdən azad edilib
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Şuşa azaddır! (VİDEO)
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
AHİK rəhbərliyi Fəxri xiyabana gedərək Ulu Öndərin xatirəsini yad ediblər (FOTO)
Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır - İsrailli ekspert
Son 2 ayda azad olunan ərazilərdə 10 yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Bakı Ali Neft Məktəbinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransları başa çatır (FOTO)
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub (FOTO)
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
CBC radiosunun Qarabağda yayımı başlayıb
Xaçmaz RİH başçısı İkinci dünya müharibəsi iştirakçısını evində ziyarət edib (FOTO)
Xəritələrin verilməməsi minatəmizləmə işini ləngidir: Yeni avadanlıqlar gətiriləcək - Trend TV-nin Füzulidən REPORTAJI
Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib (FOTO)
Keçmiş məhkum külli miqdarda narkotiklə saxlanılıb (FOTO/VİDEO)
Keçmiş bələdiyyə sədri barədə cinayət işi məhkəməyə göndərilib
İsveçdə 200 qvardiyaçı koronavirus simptomlarına görə hərbi təlimlərdən kənarlaşdırılıb
İranda ötən sutka koronavirusdan 283 nəfər ölüb
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yüksək səviyyədə təşkil edilib - Gürcü gimnast
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib (FOTO)
Şuşa tam bərpa edildikdən sonra çiçəklənəcək və inkişaf edəcək - Oqtay Əsədov
Sabah arabir yağış yağacaq, külək əsəcək
Beynəlxalq Cüdo Federasiyası erməni idmançının azad edilməsinə görə Azərbaycana təşəkkür edib
Çovdar nekropolu ilə bağlı elmi tədqiqatların ikinci mərhələsinə başlanıb (FOTO)
Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib (FOTO)
I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
Prezident İlham Əliyevin “BBC News”a müsahibəsi qlobal informasiya məkanında rezonans doğurdu - Deputat
Bakı Slavyan Universitetinin müəllim və tələbələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Bakıda sənayedə istehsal olunmuş malların dəyəri açıqlanıb
Kapital Bank bayram günləri xidmət göstərəcək
YAP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)
Yol polisi yük maşınlarının sürücülərinə xəbərdarlıq etdi
Qarabağa və şəhidlərə həsr olunmuş fotobank istifadəyə verildi (FOTO)
Xalq Şairi Musa Yaqub dəfn edilib (FOTO)
Yenidən doğuluşun mübarək Şuşam!
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku davam edir (FOTO)
Azərbaycanda qızıl cüzi bahalaşıb
İki universitet arasında memorandum imzalanıb (FOTO)
FHN əməkdaşları bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Müdafiə Nazirliyi 9 May münasibətilə keçiriləcək tədbirləri açıqlayıb
Şəmkir sakinini güllələyib qətlə yetirən şəxsin məhkəməsi başlayır
Küçədə daha 2 koronavirus xəstəsi aşkarlandı
Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib - ANAMA (FOTO)
Gəncədə keçmiş məhkumdan 70 min manatlıq narkotik götürülüb (FOTO/VİDEO)
Talassemiya xəstələrinin vaksinasiyadan keçmələri məsləhət görülür - Hematoloq
Bir neçə şəhid ailəsi və qazi vaksinasiya olunub (FOTO)
Prezident İlham Əliyevin müsahibələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir - Deputat
Azad Şuşa: Zəfərin simvolu, tarixi ədalətin və milli qürurun bərpası – Videolayihə
Ötən gün ölkədə 16 yanğın olub, 1 nəfər yanıb
Restoranda işçini elektrik cərəyanı vurub öldürdü
Şəkidə narkotik alverçisi saxlanılıb
Bütün xəbərlər