...

Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır - Britaniyalı professor

Siyasət Materials 6 İyun 2021 13:01 (UTC +04:00)
Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır - Britaniyalı professor

Bakı. Jeyla Əliyeva - Trend:

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır.

Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Taras Kuzio Trend-ə bildirib.

Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avropa Şurası və ATƏT-in parlament assambleyalarında qaldırılmalı və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilməlidir.

Taras Kuzio deyib: "Ermənistan, az qala otuz ildir işğal etdiyi ərazilərin minalardan təmizlənməsi məsələsinə məsuliyyətli yanaşsa və əməkdaşlıq etsəydi, Azərbaycan jurnalistlərinin faciəli ölümündən qaçınmaq olardı".

Twitter: @JeilaAliyeva

Məqalədə:
Xəbər lenti

Xəbər lenti