Milli Məclisin Sədri Bosniya və Herseqovina parlamentinin Xalqlar Palatasının Sədri ilə görüşüb (FOTO)

Milli Məclisin Sədri Bosniya və Herseqovina parlamentinin Xalqlar Palatasının Sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

İyunun 9-da Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviçlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, əvvəlcə qonaq Milli Məclisin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Sonra tərəflər arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında əlaqələrin səviyyəsindən razılıq bildirilib, bir çox sahələri əhatə edən əməkdaşlığımızın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələrin inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını bildirib. Qeyd olunub ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcək.
Azərbaycanla Bosniya və Herseqovina arasında mövcud olan müqavilə-hüquqi bazanın bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını bildirən spiker S.Qafarova xüsusilə humanitar sahədə həyata keçirilən layihələrin xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına xidmət etdiyini bildirib. O, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulayıb.

Milli Məclisin Sədri bir neçə il bundan əvvəl Bosniya və Herseqovina Parlament Məclisinin Xalqlar Palatasında Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair sənəd - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunmasına dair qətnamə qəbul olunduğunu xatırladaraq bildirib ki, bu ədalətli sənədin qəbulu ölkəmizdə yüksək qiymətləndirilir.

Görüşdə Milli Məclisin Sədri Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Zəfər haqqında qonağa məlumat verərək deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulub. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirərək ərazi bütövlüyünü bərpa edib. Spiker Sahibə Qafarova Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu vurğulayaraq, hazırda işğaldan azad olunan ərazilərimizdə bərpa və quruculuq işlərinə başlandığını bildirib.

O, qeyd edib ki, Ermənistan 30 il işğal altında saxladığı şəhər və kəndlərimizi, tariximizə və mədəniyyətimizə aid abidələri dağıdıb, milli sərvətlərimizi talan edib, dini abidələrimizi, məscidlərimizi təhqir edib, həmin ərazilərin infrastrukturu tamamilə məhv edilib. Sahibə Qafarova qonağın diqqətinə çatdırıb ki, Ermənistan bu gün də təxribatçı əməllərindən əl çəkmir. Belə ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə çoxlu sayda hərbçi və mülki vətəndaşımız Ermənistan tərəfindən quraşdırılmış minalara düşüb. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozaraq, hərbi cinayətlərini davam etdirir. Spiker, iyunun 4-də 3 nəfər azərbaycanlının öz xidməti fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olmaları faktını xatırladaraq, əlavə edib ki, onlardan ikisi jurnalistdir. Milli Məclisin Sədri həmçinin bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası məsələsində də təxribatlara əl atır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş terrorçuları "hərbi əsirlər" kimi qələmə verməyə çalışır.

İki ölkənin qanunverici orqanları arasında münasibətlərdən danışan Sədr Sahibə Qafarova bu əlaqələrin inkişaf etdirilməsi və parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib, beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Parlamentin spikeri həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, bu layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol, ölkəmizin multikulturalizm siyasəti və digər məsələlər barədə qonağa məlumat verib.
Səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının Sədri Bakir İzetbeqoviç Azərbaycana səfərindən məmnun qaldığını bildirib. O, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Bosniya və Herseqovinanın Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu vurğulayıb. Bildirilib ki, yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi, mədəni, humanitar sahələrə də öz müsbət təsirini göstərir.

Bakir İzetbeqoviç 2012-ci ildə Bakıda səfərdə olduğunu xatırladaraq, bu illər ərzində ölkəmizin dinamik inkişaf etdiyini söyləyib. Qonaq daha sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən məmnunluğunu bildirərək qeyd edib ki, ölkəmiz bununla da ədaləti bərpa edib. Bakir İzetbeqoviç deyib ki, ölkəmizə rəsmi səfəri çərçivəsində dünən Ağdam şəhərinə səfər edib. O, şəhərdə Ermənistan tərəfindən törədilən dağıntıları öz gözləri ilə gördüyünü vurğulayıb və ümid etdiyini bildirib ki, ölkəmizə növbəti səfərində Ağdamın tamamilə yenidən qurulduğunun şahidi olacaq.

O, həmçinin ölkəsində görülən işlər barədə də Milli Məclisin Sədrinə məlumat verib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Instagram"ın işində qüsurlar yaranıb
"Instagram"ın işində qüsurlar yaranıb
2021-ci ildə Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb
2021-ci ildə Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb
Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb
Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb
Loading Bars
Xəbər lenti
ABŞ-ın şərqində 5 minə yaxın aviareys ləğv edilib
Şirvanda gözətçi köşkü yanıb
Belçikada koronavirusa yoluxanların sayı 3 milyonu keçib
Şuşaya növbəti sərnişin avtobus reysi yola düşüb (FOTO/VİDEO)
Sakit okeanda 6,6 bal gücündə zəlzələ olub
"Instagram"ın işində qüsurlar yaranıb
Türkiyədə ötən sutka koronavirusa rekord sayda yoluxma qeydə alınıb
DÇ-2022: Peru yığması səfərdə Kolumbiyanı məğlub edib
Kanadanın baş naziri uşaqlarından birinin koronavirusa yoluxması ilə əlaqədar özünü təcrid edib
İtaliyada prezident seçkilərinin altıncı turu da nəticəsiz yekunlaşıb
ABŞ yaxın zamanda Şərqi Avropa və NATO ölkələrinə qoşun göndərəcək - Bayden
Ərdoğan yeni ədliyyə naziri təyin edib
Aİ Rusiyanın yeni sanksiyalarını şərh edib
2021-ci ildə Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb
Avropada qazın qiyməti bir həftə ərzində 17 faiz artıb
Dekabrda Rusiyada COVİD-19 diaqnozu ilə 50 mindən artıq insan ölüb
Azərbaycan Ordusunun mayoru koronavirusdan vəfat edib
Türkiyə Qırğızıstan-Tacikistan sərhədində atəşkəsi alqışlayır - XİN
Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb (VIDEO)
BMT təşkilatın büdcəsinə ödənişlərə görə Azərbaycana təşəkkür edib
Pensilvaniyada körpü çöküb, xəsarət alanlar var
Cüdoçumuz Qran-Pri turnirinin gümüş medalını qazanıb
Moskva polisi Rusiya Erməniləri İttifaqının binasına daxil olub - faşist Njde haqqında filmin nümayişi dayandırılıb
Tunisdə terror aktının qarşısı alınıb
Rusiya - Ukrayna gərginliyi davam edərsə, Avropa bazarında mavi yanacağın qiyməti artacaq (VİDEO)
Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirib
Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya hədsiz təşəkkür edirik - Binə sakinləri (FOTO/VİDEO)
Hindistan səfirliyi Qanvermə Aksiyası təşkil edib (FOTO)
Pandemiyaya qarşı ən effektiv mübarizə yolu vaksinasiyadır - TƏHLİL
Azərbaycanın xarici ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
Yeni multibrend avtomobillərə xidmət mərkəzi - Motor House (FOTO/VİDEO)
YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin olunub - TAM SİYAHI (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib (FOTO)
Azercell-in “Nizami İli”nə töhfəsi Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirildi
BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək
Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Avropanın böyük özəl liman operatoru Bakı Limanı ilə əməkdaşlıq edəcək
İnam Kərimov Kənd Təsərrüfatı Nazirlərinin 14-cü Berlin Konfransında iştirak edib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 564 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Azad olunan ərazilərdə daha bir erməni hərbçinin cəsədi tapılıb
Kamran Əliyev Almaniyanın Federal Baş prokuroru ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Bağdad hava limanı raket atəşinə tutulub
Füzuli rayonunda traktor minaya düşüb
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
Dünyada ərzaq qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb - FAO (ÖZƏL)
QHT Agentliyi və Türkiyə Daxili İşlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)
Azərbaycan Yazıçılar Birliyində Yunus Oğuzun "Uçurum" romanının təqdimatı olub
Azad olunmuş ərazilərdə İran şirkətləri yaxın zamanlarda konkret layihələrlə işə başlayacaq
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib
Əli Əhmədov Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək
MÜSİAD Azərbaycan və Bakı Dövlət Peşə Təhsil Mərkəzi iş birliyinin perspektivləri müzakirə edilib (FOTO)
Rumıniyanın energetika naziri Azərbaycana gələcək
Qubada spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
ARDNF Türkiyə Mərkəzi Bankına 1 milyard avro depozit qoyub
Sabah güclü külək əsəcək
ÜGT ilə Azərbaycan arasındakı əlaqələr dinamik inkişaf edir (FOTO)
Bakıda təqribən 1500 nəfərə 1 vəkil düşür - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Növbəti tədris ilinədək yeni nümunəvi qaydalar təqdim ediləcək
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
Bakı-Qazax yolunda dəhşətli qəza (VİDEO)
Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Bakıda “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb (FOTO/VİDEO)
Yeni marşrutlarla Şuşa və Ağdama daşınan sərnişinlərin sayı açıqlandı
İşğaldan azad edilmiş digər ərazilər üzrə də sərnişindaşıma mərhələli şəkildə təmin ediləcək (ÖZƏL)
Sonradan peşman olmamaq üçün internetdəki məlumatlarla necə davranmalı: Kaspersky-nin yoxlama siyahısı (çek list)
Şabran sakini evində olan odlu silahı polisə təhvil verib
Dağlıq rayonlarda yollar buz bağlayacq
"Azərsu" azad edilmiş ərazilərdəki xidmət sahələri üçün avtomobil və ekskovatorlar alıb (FOTO)
Hava şəraiti ilə bağlı avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb
“YAŞAT” Fondu şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına dəstək göstərib (VİDEO)
Qarabağda astronomik stansiya qurulacaq
Abşeronda narkotik satan daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb
Ağacların dibi asfaltdan təmizlənib (FOTO)
AccessBank ilin ilk təcrübə proqramına start verir
Rəqəmsal banklarla bağlı yeni hüquqi bazanın yaradılması planlaşdırılmır
“Buta Airways” fevralda Mineralnıye Vodıya uçuşları bərpa edir
Xarici valyutaya tələbat artacaq - Elman Rüstəmov
Tərbiyə ocağı, yoxsa çayxana - Məktəblərdə nə baş verir?
Lavrov Zelenskini Rusiyaya dəvət edib
Məktəbdə yayılan növbəti videoyaya görə araşdırma aparılır (VİDEO)
Mərkəzi Bank beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır
Hərbi islahatların davam etdirilməsi 2022-ci ildə də prioritet məsələ olacaq - Zakir Həsənov
Hafiz Məmmədov ev dustaqlığına buraxılmadı
Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib (FOTO)
Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank
Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov
YAP-ın Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb
Azərbaycanın ötən il ixrac etdiyi qazın həcmi açıqlanıb
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri
Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini ordenlə təltif edib
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Bütün xəbərlər