...

Ukrayna şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır - Səfir

Siyasət Materials 13 İyun 2021 15:37 (UTC +04:00)
Украинские компании заинтересованы в участии в восстановлении освобожденных территорий Азербайджана - посол
Ukrayna şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır - Səfir

Ağdam. Zeyni Cəfərov - Trend:

Ukrayna şirkətləri Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməkdə maraqlıdır.

Bunu Trend-ə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ağdama səfəri zamanı deyib.

Onun sözlərinə görə, bərpa prosesi addım-addım həyata keçiriləcək, çünki bölgələrdə həyat fəaliyyətinin bərpasından əvvəl bu gözəl, amma təhlükəli yerləri minalardan təmizləmək lazımdır:

"Ukraynanın azərbaycanlə həmkarlarla birgə işi minaların təmizlənməsindən bərpayadək bütün mərhələlərdə qarşılıqlı yardımlaşmaqdır. Bu aspektdən iki ölkə arasında prosesi sürətləndirmək üçün danışıqlar aparılır".

Səfir qeyd edib ki, bir neçə ay əvvəl Ukraynadan olan nümayəndə heyəti azad edilmiş ərazilərə səfər edib və səfər məhz Ağdamdan başlayıb:

"Ərazilərin minalardan təmizlənməsi, infrastruktur və bərpadan sonra burada olacaq hər şey bizdə maraq oyadır. Hesab edirəm ki, Ukrayna şirkətləri bu prosesdə fəal iştirak edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti