...

Rəcəb Tayyib Ərdoğan: Qırx dörd günlük müharibə nəticəsində Qarabağ öz sahiblərinə qayıtdı

Siyasət Materials 15 İyun 2021 17:46 (UTC +04:00)
Rəcəb Tayyib Ərdoğan: Qırx dörd günlük müharibə nəticəsində Qarabağ öz sahiblərinə qayıtdı

Bakı. Trend:

Qırx dörd günlük müharibə nəticəsində Qarabağ, çox şükür, sahiblərinə qayıtdı və erməni zülmündən, erməni işğalından azad edildi.

Trend xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

15 iyun – Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anan Türkiyə Prezidenti deyib: “Qəhrəman Azərbaycan Ordusunun Qarabağ zəfərinin sevincini qardaşım cənab Əliyevlə birlikdə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, həyəcan var idi. Altı ay sonra qədim Şuşada onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz sözü çox şükür yerinə yetirdik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti