Şuşa tarixi gün yaşamaqla yanaşı, yazdığı tarixlə bütün dünyaya mesajlarını ünvanladı - Vüqar Rəhimzadə

Şuşa tarixi gün yaşamaqla yanaşı, yazdığı tarixlə bütün dünyaya mesajlarını ünvanladı - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bütün türk dünyasının birliyinə, regionda sabitliyin, təhlükəsizliyin təminatına, Türkiyə-Azərbaycan dostluğunun yeni strateji istiqamətlər üzrə inkişafına xidmət edəcək Şuşa Bəyannaməsi dünyanın diqqətindədir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Şuşada rəsmi qarşılanması ölkəmizin, mədəniyyət paytaxtımız Şuşanın həyatında tarixi hadisədir. Bu reallıqlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının reallıqda bir daha təsdiqidir. Türkiyə Prezidentinin Şuşaya gəlişinin ilk anından müşahidə etdiyimiz bayram ab-havası, qürur dolu anlar bu birliyin sarsılmazlığının təqdimatı oldu. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan «Azərbaycan tək deyil» bəyanatını dünyaya ünvanlayaraq hər zaman ölkəmizin yanında olduğunu təsdiqləyən Rəcəb Tayyib Ərdoğanın, qardaş ölkənin digər rəsmilərinin, sıravi vətəndaşlarının dəstəyi dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan və Türkiyə eyni sevinci yaşadı, küçə və meydanlarımızı hər iki ölkənin bayraqları bəzədi. Necə ki, birliyimizin rəmzi kimi dəyərləndirilən, birgə dalğalanan bayraqlarımız Şuşada bu sevinci hər kəsə bəxş etdi. Mətbuata bəyanatında “Bu gün qardaş ölkənin Cümhurbaşqanı tarixi şəhərdə bizim qonağımızdır və hiss etdiyimiz duyğuları sözlərlə ifadə etmək mümkün deyil. Mən əminəm ki, buraya gələn hər bir insan eyni duyğuları hiss edir və bu çox duyğusal günləri yaşadığımız üçün Ulu Tanrıya minnətdarıq” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev Türkiyə-Azərbaycan dostluğunun, birliyinin əbədiliyini təsdiqləyən bu fikirləri də xüsusi qeyd etdi ki, əziz qardaşım, Sizi səbirsizliklə Şuşada gözləyirdik. Doğma Vətəninizə xoş gəlmisiniz, Şuşamıza xoş gəlmisiniz!

Bu fikirləri Trend-ə “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Şuşa Bəyannaməsinin adında bütün məqamları ehtiva etdiyini bildirən Vüqar Rəhimzadə qeyd edib ki, belə bir sənədə məhz Şuşada imza atılması İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda dünyaya bir çox mesajları çatdırır: “Sənədin imzalanmasında məkan təbii ki, əhəmiyyətli rol oynayır. Bu, böyük tarixdir. Hər bir sənəd özündə ehtiva etdiyi məqamlarla, hədəflərlə əhəmiyyətlidir. Beynəlxalq sənəddə vaxt və imza ilə yanaşı, yerin nə qədər böyük məna kəsb etdiyi aydındır. Bu baxımdan Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinə işıq salan və perspektivləri müəyyənləşdirilən sənədə Şuşada imza atılması qürurvericidir, rəmzi məna və mühüm tarixi əhəmiyyət kəsb edir. 15 iyun 2021-ci il, Şuşa şəhəri imzası özündə bütün məqamları birləşdirir. Bu, Qarabağımızın təqdimatı, torpaqlarımızın tarixi sahibinə qayıtması, ərazi bütövlüyümüzün bərpası, Dağlıq Qarabağ ifadəsinin tarixə qovuşması, ən əsası yeni səhifənin açılaraq mədəniyyət paytaxtımızın imzalar arasında imzasının görünməsi və təsdiqidir. Qarabağın tacı olan Şuşamızın həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin mühüm səhifəsidir”.

“Böyük qürur hissi ilə deyə bilərik ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərinin ardınca dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan dünyaya bu mesajları çatdırdılar: “Bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”, “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.

Azərbaycanın da daim dost ölkənin yanında olduğunu xüsusi qeyd edən baş redaktor bildirib ki, bu birliyi daimi edən, günbəgün möhkəmlənməsini şərtləndirən amillər tarix, mədəniyyət, ortaq köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığıdır. Böyük fəxr hissi ilə qeyd edirik ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belçika səfərindən sonra Azərbaycana rəsmi səfəri, Şuşada qarşılanması, ikitərəfli əlaqələrin inkişafına xidmət edən tarixi sənədin imzalanması özündə bir çox məqamları ehtiva edir” söyləyən V.Rəhimzadə bu səfərin, həmçinin Şuşa Bəyannaməsinin təcavüzkar Ermənistana və onun havadarlarına güclü mesaj olduğunu qeyd edib: “Regionda yaranan yeni reallıqlarla barışmaq istəməyən, Ermənistan vasitəsi ilə bölgədə çirkin niyyətlərini həyata keçirmək istəyən dairələr bu birliyin sarsılmazlığı ilə yanaşı, gələcəyə hesablanmış hədəfləri müddəalarında birləşdirən Şuşa Bəyannaməsinin məqsəd və məramlarını dərk etməlidirlər. Daim regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi tanınan və nüfuz qazanan Türkiyə-Azərbaycan birliyinin daha da güclənməsi, dövlətlər, xalqlar arasında körpünün daha da möhkəmlənməsinə töhfələrinin artırılması üçün yeni imkanlar yaranır".

V.Rəhimzadə bildirib ki, Şuşa tarixi gün yaşamaqla yanaşı, yazdığı tarixlə mesajlarını ünvanladı: “Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın təqdim olunması, tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana “Zəfər” adlı Qarabağ atının və “Xarıbülbül” kompozisiyasının hədiyyə edilməsi, “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirməsi, tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hədiyyə olunması və sair dünyanın diqqətini çəkəcək məqamlar saysız-hesabsız oldu. Bu baxımdan ki, hər bir addım özündə iki dost ölkənin birliyini ifadə edir və dünyaya bu mesajı çatdırır ki, bu birlik bütün istiqamətlərdə nümunədir. Azərbaycan və Türkiyə Prezidentlərinin görüşünün həm Füzulidə, həm də Şuşada baş tutması Türkiyənin bölgədə rolunun, Azərbaycana verdiyi dəstəyin önəmli təzahürlərindən biridir. Səfərin ABŞ Prezidenti Co Baydenlə Rəcəb Tayyib Ərdoğan arasında dialoqdan dərhal sonraya təsadüf etməsi Türkiyə və Azərbaycanın qısa zamanda Qarabağda və Cənubi Qafqazda postmüharibə dövründə müəyyən proseslərlə bağlı ortaq yol xəritəsi hazırlayacaqlarından xəbər verirdi ki, Şuşa Bəyannaməsi bunun təsdiqi oldu”.

Baş redaktor qeyd edib ki, Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə mühüm hadisə kimi yazıldı: “Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur".

Azərbaycan və Türkiyənin daim ermənilərin əsassız iddiaları, təbliğatları ilə üz-üzə qaldığını önə çəkən Vüqar Rəhimzadə Bəyannamədə yer alan bu məqamı da xüsusi qeyd edib: “Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir. Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlıq gücləndirilməli, türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməlidir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir".

Ucarda karantin qaydalarının pozulduğu toylar aşkar edilib
Ucarda karantin qaydalarının pozulduğu toylar aşkar edilib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 671 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb
Azərbaycanda 671 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb
Loading Bars
Xəbər lenti
Türkiyədə meşə yanğınlarında ölənlərin sayı 7-yə yüksəlib
Ucarda karantin qaydalarının pozulduğu toylar aşkar edilib
FHN-in Türkiyədə olan qüvvələri yanğınların bəzi istiqamətlərdə genişlənməsinin qarşısını almağa nail olub (FOTO/VİDEO)
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Ombudsman Türkiyəyə 100 fidan hədiyyə edib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 671 nəfər COVID-19-a yoluxub, 202 nəfər sağalıb
Türkiyədə 112 meşə yanğınından 107-si lokallaşdırılıb
Əfqanıstanda minaatan mərminin partlaması nəticəsində 7 nəfər ölüb
Boksçumuz Olimpiadanı bürünc medalla başa vurub
Azərbaycan XİN Rusiya müvəqqəti işlər vəkilinə nota təqdim edib
İranda ötən sutkada 366 nəfər koronavirusdan ölüb
FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Gürcüstan ərazisindən Türkiyəyə doğru hərəkət edir (VİDEO)
Tovuzda polis şadlıq saraylarında monitorinq keçirib (FOTO)
Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır (FOTO/VİDEO)
Türkiyənin 3 vilayətində baş verən meşə yanğınları nəzarət altına alınıb
Ruhi xəstədən inciməzlər! - Kamaləddin Qafarov
Sabahın hava proqnozu açıqlandı
"Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükəsizlik və mühafizə qaydaları" mövzusunda təlim proqramı başlayıb (FOTO)
Samuxda toy məclislərinin keçirilməsi qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar (FOTO)
“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin açılışı baş tutub (FOTO)
Azərbaycan yanğınsöndürənləri Marmaris yaxınlığında yanğınların söndürülməsi üçün əzmlə çalışırlar
Sabahdan paytaxtın uşaq bağçaları elektron qaydada qəbula keçir
Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib (FOTO)
Jirinovskinin çıxışları istehza və gülüş doğurur, siyasətçi danışığından uzaqdır - Deputat
Suraxanı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayılıb (FOTO)
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Jirinovski kimi siyasətçilər ən böyük zərbəni Rusiyanın özünə vururlar - Ekspert
Qazaxıstanda koronavirusa daha 6 637 nəfər yoluxub
Tokio-2020: Ruslan Lunyov birinci təsnifat mərhələsində 281 xal toplayıb
Xorvatiya və Azərbaycan bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdir - Nazir (MÜSAHİBƏ)
Sumqayıtdai 3 otaqlı ev yanıb
ABŞ-da atışma zamanı beş nəfər xəsarət alıb.
İordaniya müvəqqəti olaraq Suriya ilə sərhədi bağlayıb
CAR-da brakonyerlərin öldürdüyü kərgədanların sayı əhəmiyyətli dərəcədə artıb
Britaniyada ötən sutka 29 144 nəfərdə koronavirus aşkarlanıb
MAR-da üsyançıların hücumu nəticəsində ən azı 6 nəfər həlak olub
Fransada sanitar buraxılış vərəqələrinə qarşı mitinqlərə 200 mindən çox sakin qoşulub
Türkiyənin Muğla vilayətində zəlzələ qeydə alınıb
Suraxanıda açıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyədə son sutkada koronavirusdan 5 107 nəfər sağalıb
Dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
Yunanıstanda yanğın səbəbiylə dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilib
XII Qəbələ Musiqi Festivalının ilk konserti və təntənəli açılış mərasimi olub
Türkiyədəki yanğınlarla bağlı azərbaycanlılar üçün “qaynar xətt” yaradılıb
Bakıda mənzildən kişi meyiti tapılıb
Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Fəlakət zonasının sakinləri bütün tələb olunan yardımı alacaqlar - Ərdoğan
Polisi bıçaqlayan şəxslə bağlı prokurorluqda cinayət işi açılıb
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
Harda ki, haqsızlıq var, onu çəkib dünyaya göstərmək istəmişəm - Reza Deqati
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Türkiyədə olan FHN-in yanğınsöndürmə qüvvələri yanğınlarla mübarizəni davam etdirir (FOTO/VİDEO)
Türkiyədə 98 meşə yanğınından 88 -i lokallaşdırılıb
Bakıda məşhur fotoqraf Reza Deqatinin fotolarından ibarət sərgi təşkil olunub (FOTO)
Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanının nəticələri açıqlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini təbrik edib
FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşür (FOTO)
İsrailin biznes dairələri Azərbaycanla əməkdaşlıqda maraqlıdır (FOTO)
Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir (FOTO)
Azərbaycanda 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb
Antalyada yanğın nəticəsində ölənlərin sayı beşə çatıb
“Marş İrəli” layihəsi çərçivəsində növbəti tədbir keçirilib (FOTO)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib (FOTO)
Azərbaycanın neft ixracı 4,8 faiz azalıb
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)
Həbs müddəti başa çatmış şəxslər özünüməşğulluq proqramlarına cəlb edilir
Azərbaycan Ordusunun əsgəri həlak olub
Könül Nurullayeva Türkiyə mətbuatında Bakı bəyannaməsinin strateji əhəmiyyətini şərh edib
Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini ələ keçdi
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı əməliyyat müşavirəsi keçirilib
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatıb (FOTO)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidentini təbrik edib
İdarələrarası Mərkəzin İşçi qruplarının Hadrutda keçirilən birgə iclasında Qarabağda görülən və görüləcək işlər müzakirə edilib (FOTO)
Bakıda narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən şəxs saxlanılıb (FOTO/VİDEO)
Cari ilin 6 ayı ərzində ölkədə qaz hasilatı və ixracı artıb
Ermənistanın Azərbaycan Ordusu tərəfindən atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur - MN
Milli Məclisin İntizam komissiyasının Eldəniz Səlimova görə toplanacağı vaxt açıqlandı
Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib
İranda daha 286 nəfər koronavirusdan ölüb
Təkrar MİQ imtahanlarının keçiriləcəyi tarix açıqlandı
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
Şabranda şənlik mərasimində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub
ABADA-nın baş katibinin müavini vəfat edib
Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb
Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb (FOTO)
Xaricdə təhsil almış məzunlar Ağdama səfər edib (FOTO)
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Azərbaycan yanğınsöndürənləri qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edirlər (VİDEO)
Bakıda ağır yol qəzası: Ölən var
Tokioda gündəlik koronavirusa yoluxma rekordu yenilənir
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycan dövləti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyənin yanındadır - Vüqar Rəhimzadə
Siyəzəndə qaydaları pozan şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub
"Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsi uğurla başa çatdı (FOTO)
Paytaxtda iməclik keçirilib (FOTO)
İşğaldan azad edilmiş ərazilərin bərpası layihələrinin icrasına mane olmaq mümkün deyil - Naqif Həmzəyev
Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddiaları ilə çıxış edir - Leyla Abdullayeva
Pakistan daim Azərbaycanın yanındadır - Səfir
Bütün xəbərlər