...

Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb

Siyasət Materials 17 İyun 2021 12:06 (UTC +04:00)
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 2020-ci il üzrə maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb.

Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, indiyə qədər 49 siyasi partiya maliyyə hesabatlarını təqdim edib.

Qeyd edək ki, Azərbaycanda 62 siyasi partiya dövlət qeydiyyatına alınıb. Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməli idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti