...

Prezident İlham Əliyev Daşkəsən rayonunda səfərdədir (FOTO/VİDEO)

Siyasət Materials 22 İyul 2021 13:43 (UTC +04:00)
Prezident İlham Əliyev Daşkəsən rayonunda səfərdədir (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gəlib.

Trend xəbər verir ki, dövlətimizin başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti