...

Azərbaycan və İraq arasında Birgə Komissiyanın iclasında yekun protokol imzalanıb (FOTO)

Siyasət Materials 6 Avqust 2021 11:48 (UTC +04:00)
Azərbaycan və İraq arasında Birgə Komissiyanın iclasında yekun protokol imzalanıb (FOTO)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və İraqın rabitə naziri Arkan əl-Şeybani Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının yekununda protokol imzalayıb.

Trend-in məlumatına görə, R.Nəbiyev bildirib ki, iqtisadi əməkdaşlıq haqqında protokolun müddəaları hər il müzakirə olunacaq. Bundan başqa, görülən işlər barədə hesabatlar veriləcək.

İraqlı nazir öz növbəsində, bu əməkdaşlığın ikitərəfli münasibətləri daha da möhkəmləndirəcəyinə əmin olduğunu bildirib.

Qeyd edək ki, Birgə Komissiya 2010-cu ilin noyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Komissiyanın ilk iclası 2013-cü ilin 4 dekabr tarixində Bakı şəhərində keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti