...

Özbəkistanda prezident seçkiləri üzrə kampaniyası davam edir

Siyasət Materials 8 Avqust 2021 20:49 (UTC +04:00)
Özbəkistanda prezident seçkiləri üzrə kampaniyası davam edir

Bakı. Trend:

Özbəkistanda 24 oktyabr 2021-ci ildə keçiriləcək prezident seçkiləri üzrə seçki kampaniyası davam edir.

Trend-in məlumatına görə, iyulun 23-də Özbəkistan Mərkəzi Seçki Komissiyasının növbəti iclası baş tutub və dövlət başçısı seçkilərinə start verilib.

MSK-dan verilən məlumata əsasən, prezident seçkiləri bu il fevralın 8-də Özbəkistan Konstitusiyasının 11 -ci maddəsinə edilən dəyişikliyə əsasən oktyabr ayında keçiriləcək.

MSK sədri Zayniddin Nizamxocayev seçkilərin beynəlxalq standartlara uyğun olaraq yeni milli seçki qanunvericiliyinə, habelə demokratik prinsiplərə əsaslanaraq - açıq və aşkar şəkildə keçiriləcəyini vurğuladı.

"Seçkilər, 2017-2021-ci illərdə Özbəkistan Respublikasının inkişafının beş prioritet istiqaməti üzrə Fəaliyyət Strategiyasında müəyyən edilmiş demokratik ideyaların canlı təsdiqinə çevriləcək", - MSK-da vurğulayıblar.

MSK-nın, eləcə də bütün səviyyələrdə seçki komissiyalarının ölkədə prezident seçkilərinin hazırlanması və keçirilməsi ilə bağlı işlərini qanunilik, müstəqillik, dürüstlük, açıqlıq, şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkil etdikləri qeyd olunur. Mətbuat mərkəzində təcrübəli jurnalistlərdən, hüquqşünaslardan, tərcüməçilərdən, ekspertlərdən və digər mütəxəssislərdən ibarət 7 ixtisaslaşmış qrup çalışacaq.

MSK-nın mətbuat mərkəzi, eləcə də onun regional ofisləri müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunacaq. Jurnalistlərə və ictimaiyyətə seçkilərlə bağlı operativ məlumat vermək üçün orada brifinqlər, mətbuat konfransları, görüşlər və digər tədbirlər keçiriləcək.

Bundan başqa, Mətbuat Mərkəzi Mərkəzi Seçki Komissiyasının "Saylov 2021" veb portalını və digər məlumat mənbələrini aparılmasını təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti