...

Pandemiya Azərbaycanla Aİ arasında əməkdaşlığın rəqəmsallaşmasına kömək edib - Avrokomissiya

Siyasət Materials 9 Sentyabr 2021 11:26 (UTC +04:00)
Pandemiya Azərbaycanla Aİ arasında əməkdaşlığın rəqəmsallaşmasına kömək edib - Avrokomissiya

Bakı. Trend:

COVID-19 pandemiyası Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın rəqəmsallaşmasına kömək edib.

Bunu Trend-ə Avropa Komissiyasının mətbuat katibi Ana Pisonero deyib.

Onun sözlərinə görə, Aİ təkcə ticarət sahəsində deyil, həm də enerjidən mədəniyyətədək, təhsildən iqtisadiyyatın şaxələndirilməsi və kənd təsərrüfatınadək sahələrdə Azərbaycanın aparıcı tərəfdaşıdır:

"Bu möhkəm və hərtərəfli tərəfdaşlıq COVID böhranı dövründə daha da möhkəmlənib. Həqiqətən də Aİ COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində şərq tərəfdaşları ilə tam həmrəylik nümayiş etdirib. Uzunmüddətli sosial-iqtisadi bərpa planı ilə bağlı Aİ pandemiyanın fəsadlarının yumşaldılması üçün daha uzunmüddətli tələbatlara diqqət yönləndirmək üçün iqtisadi islahatlar üzrə birgə işləri davam etdirmək üçün ikitərəfli paket hazırlayıb".

A.Pisonero qeyd edib ki, Aİ pandemiya ilə mübarizədə və vaksinasiyanın sürətlənməsində şərq qonşularının dəstəkləməkdə qərarlıdır.:

"Aİ ötən il "Team Europe"un himayəsi altında Azərbaycanda 60-dan çox tibb müəssisəsini dəstəkləyərək. 10 min üz sipəri, 10 min qoruyucu gözlük, 140 min respirator, 8 min tibbi geyim və 987 min əlcək təqdim edib. Bu il Aİ "Şərq tərəfdaşlığı" ölkələri ilə yanaşı Azərbaycanı da ÜST-lə birə 40 milyon avro dəyərində xüsusi proqram çərçivəsində vaksinasiyanın keçirilməsində dəstəkləyir".

O bildirib ki, Aİ həmçinin "Şərq tərəfdaşlığı" ölkələri üçün 35 milyon avro məbləğində vaksinlərin birgə istifadəsinə dəstək proqramını işə salıb: "Biz ümid edirik ki, Azərbaycan tezliklə səmərə əldə edəcək".

A.Pisonero vurğulayıb ki, COVID-19 pandemiyası Azərbaycanla Aİ arasında əməkdaşlığın rəqəmsallaşmasına kömək edib və bunu böhranın müsbət nəticəsi kimi qəbul etmək lazımdır:

"Bizim siyasi dialoqumuz hər zaman ən yüksək səviyyədə qalıb".

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti