...

Xəzəryanı ölkələr münasibətlərinin normativ-hüquqi bazasını təkmilləşdirir - Lavrov

Siyasət Materials 10 Sentyabr 2021 13:53 (UTC +04:00)
Xəzəryanı ölkələr münasibətlərinin normativ-hüquqi bazasını təkmilləşdirir - Lavrov

Bakı. Orxan Nəbiyev - Trend:

Xəzəryanı ölkələr münasibətlərinin normativ-hüquqi bazasını təkmilləşdirir və regionda əlaqələri yeni səviyyəyə çıxararaq siyasi dialoqu təşviq edir.

Trend-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-cı Xəzər mediaforumunun iştirakçılarına ünvanlanan müraciətində deyilir.

Nazir bildirib ki, Xəzər mediaforumunun görüşləri Xəzəryanı dövlətlərin aktual məsələlərinin müzakirəsi üçün zəruri vasitə kimi özünü təsdiq edib:

"Xəzər regionunda əməkdaşlıq yeni səviyyəyə çıxır, normativ-hüquqi baza təkmilləşdirilir, çoxtərəfli formatlar və mexanizmlər çərçivəsində dialoq təşviq edilir. Etimadın dərinləşməsinə edilən töhfə informasiya sahəsində əməkdaşlığa yol açır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti