...

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Siyasət Materials 10 Sentyabr 2021 19:01 (UTC +04:00)
Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, sonra general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti