...

Azərbaycanda Xalq - Prezident vəhdəti heç zaman sarsılmayacaq - Deputat

Siyasət Materials 28 Sentyabr 2021 16:35 (UTC +04:00)
Azərbaycanda Xalq - Prezident vəhdəti heç zaman sarsılmayacaq - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-həmlə müharibəsinin hər günü parlaq qələbəmizlə tarixə yazıldı. Savaşın düşmənin kapitulyasiyası ilə nəticələnməsi ilə yurd, Vətən nisgili ilə yaşayan insanların torpaq həsrətinə son qoyuldu. Qəsbkarın uzun illər tapdaq altında saxladığı torpaqlarımıza dinclik, rahatlıq gəldi.

Bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, ikinci Qarabağ müharibəsində müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti qəhrəmanlıq nümayiş etdirdi: "Mərdliklə döyüşən, ölümün üzərinə cəsarətlə gedən, qəsbkara qan udduran hər bir döyüşçümüz işğalçını torpaqlarımızdan qovarkən yaralanmaqdan, həyatını risk altına atmaqdan çəkinmədi. Bu zaman onun düşüncəsinə “Təki Vətən xilas olsun” düşüncəsi hakim oldu. Beləliklə, ən ağır döyüşlər belə onları qorxutmadı, qarşıya qoyulan məqsəddən çəkindirmədi, zəfər yürüşünü yarımçıq saxlamağa qoymadı.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində də bu barədə ətraflı bəhs etdi. Dövlət başçısı bildirdi ki, Vətən müharibəsində döyüşlərin şiddətli xarakter almasına, düşmənin müqavimət göstərməsinə baxmayaraq, Azərbaycan Ordusu 44 gün ərzində peşəkarlıq, qəhrəmanlıq nümayiş etdirdi, işğalçının texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu, Ermənistan ordusu sıradan çıxarıldı, atəşkəs ərəfəsində isə artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevrildi".

Deputat qeyd edib ki, Azərbaycan Ordusu Qarabağ torpağının incisi sayılan Şuşa şəhərini işğalçıdan təmizləməklə düşmənin belini qırdı, mübarizə əzmini məhv etdi: Dünya hərb tarixində görünməyən bir hadisə yaşandı, ordumuz bu qədim qala şəhərini yağılardan yüngül silahlarla, əlbəyaxa döyüş yolu ilə geri aldı. Bax, ancaq bundan sonra əzəli-əbədi mədəniyyət paytaxtımız Şuşa dinclik tapdı. Daha sonra isə bir gün ərzində 70-dən artıq kənd, 8 strateji yüksəklik işğalçıdan təmizləndi və Ermənistan diz çökdü və kapitulyasiyaya məcbur oldu.

Beləliklə, Vətən müharibəsidə əldə edilən şanlı qələbəmiz nəticəsində düşmən dövlət 30 il ərzində aparılan danışıqlar prosesində reallaşdırmaq istədiyinin heç birini həyata keçirə bilmədi, Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək cəhdləri gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planları isə tamamilə alt-üst oldu".

R.Mahmudov əlavə edeib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılan mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi: "Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar verilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçının şəhid vermədən, qan tökülmədən geri qaytarılması da reallaşdı".

Deputat əlavə edib ki, Azərbaycanın qələbəsi ilə Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşdü, bütün məsələlərin yalnız respublikamızın ərazi bütövlüyü prinsipinə əsasən həlli gerçəkləşdi: "Cənab Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində İkinci Qarabağ müharibəsinin yekunu ilə bağlı dedi: “Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

R.Mahmudov əlavə edib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş iştirakçılarının önündə addımlamaları Xalq-Prezident vəhdətinin nümayəşinə çevrildi, bu birliyin daimi və sarsılmaz olduğunu bir daha təsdiqləməklə hər birimizdə qürur hissi doğurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti