...

Parlamentin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Siyasət Materials 30 Sentyabr 2021 12:27 (UTC +04:00)
Parlamentin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib.

Trend-in məlumatına görə, qanunvericilik işləri planı parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasında müzakirəyə çıxarılıb və təsdiq edilib.

Qanunvericilik işləri planına Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi, Lombardlar haqqında” qanun layihəsi, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi, “Ali təhsil haqqında” qanun layihəsi, “Turizm haqqında” qanun layihəsi, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi, Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti