...

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib

Siyasət Materials 19 Oktyabr 2021 16:06 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib

Bakı. Orxan Nəbiyev - Trend:

Azərbaycan Ermənistandan azad edilmiş ərazilərinin minalardan sürətli, təhlükəsiz və effektiv təmiləznməsinə imkan verəcək zəruri tədbirləri görməyi tələb edib.

Trend-in məlumatına görə, bu tələbi BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan tərəfinin münayəndəsi Elnur Məmmədov səsləndirib.

Onun sözlərinə görə, məhkəmə bununla əlaqədar Ermənistanın üzərinə öhdəlik qoymalıdır.

E.Məmmədov, həmçinin əlavə edib ki, məhkəmə Ermənistandan "Azərbaycan ərazilərini minalamaqla və ya minalanmasına kömək etməklə azərbaycanlıların həyatını təhlükəyə atmasını dərhal dayandırmağı" tələb etməlidir.

Eyni zamanda, Ermənistan ərazisində fəaliyyət göstərən, Azərbaycana qarşı nifrət və düşmənçiliyə çağıran təşkilatların fəaliyyətinin qarşısı alınmalıdır: "Ermənistan tərəfi azərbaycanlılara qarşı işlənən etnik zəmində cinayətlərin sübutlarının saxlanması, iki ölkə arasında çəkişməni çətinləşdirəcək addımlardan imtina etməsi üçün tədbirlər görməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti