...

Azərbaycan Pakistandan qırıcı təyyarələr ala bilər

Siyasət Materials 2 Noyabr 2021 12:24 (UTC +04:00)
Azərbaycan Pakistandan qırıcı təyyarələr ala bilər

Bakı. Trend:

Azərbaycan Pakistandan "JF-17 Thunder" qırıcılarının satın alınmasına maraq göstərib.

Trend bu barədə Pakistan KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, Azərbaycanın Pakistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehman Novruzov yerli mətbuata açıqlamasında ölkənin bu qırıcılara marağını təsdiq edib.

Onun sözlərinə görə, Azərbaycan "JF-17 Block 3" modifikasiyalı qırıcını əldə etmək niyyətindədir.

Qeyd edək ki, "JF-17 Block 3" ilk uçuşunu 2019-cu ilin dekabrında həyata keçirib. Bu model pilot kabinəsinin modernləşdirilmiş elektron avadanlıqlarına və radiolokasiya sisteminə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti