...

ABŞ və Çin başçıları virtual sammit keçirəcəklər

Siyasət Materials 13 Noyabr 2021 01:55 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 15-də ABŞ prezidenti Co Bayden və Çin Xalq Respublikasının sədri Si Tsinpin virtual danışıqlar aparacaq.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Cen Psaki bildirib.

Onların “ABŞ-ÇXR rəqabəti şəraitində necə məsuliyyətli davranmalı” mövzusunu müzakirə edəcəyi ehtimal edilir.

Həmçinin onlar iki ölkənin maraqlarının üst-üstə düşdüyü hallarda necə birgə işləmək barədə danışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti