...

Türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir - Rauf Əliyev

Siyasət Materials 14 Noyabr 2021 19:39 (UTC +04:00)
Türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir - Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 12 noyabr 2021-ci il tarixində Türkiyənin paytaxtı İstanbul şəhərində keçirilən VIII Zirvə Görüşündə çıxışı zamanı mühüm mesajlar vermişdir. Cənab Prezident bildirmişdir ki, Vətən Müharibəsinin ilk günündən Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır. Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqəsinə qədər qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqdır. Qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın:”Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” – bizə əlavə güc verdi. Azərbaycan və Türkiyə arsında hazırda mövcud olan münasibətlər Şuşa Bəyyannaməsindən sonra artıq İttifaq səviyyəsinə çatmışdır. Ölkələrimiz arasındakı, birlik, həmrəylik, qarşılıqlı hörmət əsasında qurulmuş əlaqələr bundan sonra da daha da möhkəmlənəcək. Cənab Prezident bildirmişdir ki, Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin gücünü-siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Türk dövlətlərinin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövləti var.

Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin liderləri Qarabağın azad edilməsində göstərilən səylərə və türk birliyinin daha da gücləndirilməsi işinə töhfələrinə görə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Ali Ordeni təqdim edərkən qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə müraciət edərək, onu Müzəffər Ali Baş Komandan adlandıraraq bildirdi ki, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün ərzində, qısa müddətdə son qoyuldu. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.
Azərbaycan Prezidenti İlham Əliyev ona təqdim edilən Türk Dünyasının Ali Ordenini qəbul edərkən öz təşəkkürünü bildirərək dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.” Bu, bir dövlət başçısının, milli liderin öz xalqı ilə, milləti ilə bütövlüyünün bariz nümunəsidir.


Milli Məclisin deputatı

Rauf Əliyev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti