Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib (FOTO)

Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib (FOTO)

Bakı. Trend:

Noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasını Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova açıb.

Açılış çıxışında iclas iştirakçılarını salamlayan spiker Sahibə Qafarova, qeyd edib ki, biz bu gün 60 il ərzində araşdırılmamış qalan bir ölçünün – üzv ölkələr arasında əməkdaşlığın parlament ölçüsünün əsasını qoyuruq. 60 il əvvəl bu forumu yaradan Qoşulmama Hərəkatınını təsisçilərinin məqsədi Bandunq prinsiplərinə tam uyğun olaraq, bütün xalqların dinc yanaşı yaşamasına və davamlı inkişafına töhfə vermək idi. Onların uzaqgörənliyi və məqsədyönlülüyü beynəlxalq ictimaiyyətin həmfikir üzvlərinin birləşməsinə və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təsisatın yaranmasına səbəb olub.

Milli Məclisin sədri qeyd edib ki, hazırda bəşəriyyət son dərəcə çətin günlərdən keçir. Ayrı-seçkiliyin, irqçiliyin və ksenofobiyanın, beynəlxalq hüquqa etinasızlıqla müşayiət olunan siyasi gərginlik və böhranların artması, hələ də davam edən COVİD-19 pandemiyası və onun sosial-iqtisadi mühitə mənfi təsirləri, iqlim dəyişikliyi və digər qlobal miqyaslı çağırışlar bütün dünyada səylərin multikulturalizm, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər olunmasını zəruri edir.

İclasda Sahibə Qafarova COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsində Qoşulmama Hərəkatı adından qurumun sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu qlobal təşəbbüsləri xatırladıb. Spiker həmin təşəbbüslərin beynəlxalq aləmdə rəğbət və dəstək qazandığını qeyd edib.

O, bildirib ki, COVİD-19 böhranı ilə əlaqədar Qoşulmama Hərəkatı Təmas Qrupunun zirvə toplantısının təşkili, pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, COVİD-19-un müzakirəsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, həmçinin BMT-nin İnsan Hüquqalrı Şurası tərəfindən bütün ölkələr üçün COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi haqqında qətnamənin qəbul edilməsi görülən tədbirlərdən yalnız bir neçə nümunədir. Sahibə Qafarova qeyd edib ki, cari ilin 17 noyabrında Qoşulmama Hərəkatının təşəbbüsü ilə BMT Baş Assambleyasının üçüncü komitəsi səs çoxluğu ilə COVİD-19-a qarşı vaksinlərin ədalətsiz paylanmasına dair qətnaməni qəbul edib.

Spiker S.Qafarova vurğulayıb ki, COVİD-19 pandemiyasının nəticələri üzləşdiyimiz çağırışların çox sürətlə və dəfələrlə arta bildiyini bir daha nümayiş etdirdi. Qarşılaşdığımız vəziyyət ölkələrimizin icra və qanunvericilik hakimiyyəti qolları arasında həmrəylik və əməkdaşlıq ruhunu qorumağın vacibliyini önə çıxarıb. Parlamentlər COVİD-19 pandemiyası yayılandan etibarən onun əhaliyə mənfi təsirlərini aradan qaldırmaq üçün qanunlar qəbul ediblər, beləliklə də hökumətin müvafiq cavab tədbirləri görə bilməsi təmin olunub.

Milli Məclisin sədri hazırkı taleyüklü beynəlxalq vəziyyətdə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentarlarının öz ölkələrindəki icra hakimiyyətlərinin səylərinə beynəlxalq səviyyədə töhfə vermələrinin vacibliyini qeyd edib. O, Qoşulmama Hərəkatının prinsip və dəyərlərini möhkəmləndirməyin və təşviq etməyin zərurətini vurğulayıb. Sahibə Qafarova tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, təşkilatın 2019-cu ilin 25-26 oktyabr tarixində Bakıda keçirilmiş Zirvə toplantısında dövlət və hökumət başçıları Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentarları ilə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı genişləndirmək və dərinləşdirmək barədə qərar qəbul ediblər. Azərbaycan bu anlayışlara əsaslanan sədrliyi dövründə Hərəkatın fundamental prinsiplərinə tam və səmərəli riayət olunmasında parlamentarların mühüm rol oynaya biləcəyini qəbul edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Azərbaycan parlamentinin rəhbəri bildirib ki, bu gün təsis edilən Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının ideya və prinsipləri barədə məlumatların qurumun üzv dövlətləri və xalqları arasında yayılmasına və təbliğinə töhfə verəcək. Bununla yanaşı, təşkilat üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynaya bilər. Parlamentlər Şəbəkəsi sülh, təhlükəsizlik, insan hüquqları və inkişafla bağlı parlament təcrübəsinin mübadiləsinə də imkan yaradacaq, qurumun böyük tədbirlərində bəyannamə sənədlərinə uyğun olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vəzifə və öhdəliklərinin gerçəkləşdirilməsinə parlament dəstəyi verəcək. Bu təsisat hamımızı narahat edən məsələlərin həllinə parlament töhfəsini verməkdə forum rolunu oynayacaq. Çoxtərəfliliyin yayılması üçün Parlamentlər Şəbəkəsi əlavə hərəkətverici qüvvə olacaq. Tədbirdə Sahibə Qafarova vurğulayıb ki, bu Şəbəkə qeyd olunan dəyərlərə və missiyalara xidmət etməklə yanaşı digər beynəlxalq parlament strukturları ilə, o cümlədən Parlamentlərarası İttifaqla davamlı əlaqələr yaradacaq. Qeyd olunub ki, Parlamentlər Şəbəkəsinin növbəti tədbiri gələn il Bakıda keçiriləcək.

Çıxışının yekununda Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin prosedur sənədləri və iş üsulları haqqında məlumat verib, iclasın işinə uğurlar arzulayıb.

Sonra təsis iclası Milli Məclis sədr Sahibə Qafarovanın moderatorluğu ilə davam edib.

İclasda çıxış edən Parlamentlərarası İttifaqın sədri Duarte Poçeko deyib ki, biz təcrübələrimizi bölüşməli, ikitərəfli əlaqələrimizi daha da genişləndirməliyik. Qlobal problemləri birlikdə dəyərləndirilməli və onların həlli yollarını birlikdə tapmalıyıq. Bu baxımdan Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradıması əlavə bir imkandır. Bu, dialoq, əməkdaşlıq, demokartiyann gücləndirilməsi üçün yeni platformadır.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunkonq isə çıxışında deyib ki, Parlamentlər Şəbəkəsi bəşəriyyətdə sühün və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək. Xüsusilə bütün dünyanın "COVİD – 19" pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda qanunverici orqanlar arasında dialoqun intensivləşdirilməsinə, parlament diplomatiyasının gücündən istifadə edərək ortaq qərarlar qəbul edilməsinə xüsusi ehtiyac var. Bu baxımdan o, Parlamentlər Şəbəkəsinin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxışında bildirib ki, artıq 60 ildir mövcud olan və üzvlərinin sayı 120-yə çatan Qoşulmama Hərəkatı beynəlxalq ədalətin, sülhün təmin edilməsi baxımından çox böyük bir potensiala malikdir. TBMM sədri Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin təbliği istiqamətində atılan addımların təşkilatı daha da gücləndirəcəyinə inandığını vurğulayıb. Mustafa Şentop davam etməkdə olan COVİD-19 pandemiyasının dünyada hökm sürən ədalətsizlikləri bir daha gözlər önünə sərdiyini bildirib və yeni təsis olunan Parlmentlər Şəbəkəsinin əməkdaşlığı daha da dərinləşdirəcəyinə inandığını söyləyib.

Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər hazırda bütün dünya, o cümlədən demokratik dəyərlərin bir sıra təhdidlərlə üz-üzə qaldığını, bu qlobal propblemlərin həlli üçün parlamentlər arası dialoqun genişləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. O, deyib ki, Qoşulmama Hərəkatının bu gün təsis edilən Parlamentlər Şəbəkəsi bəşəriyyəti təhdid edən çağırışların həlli istiqamətində ən önəmli platformalardan biri olacaqdır.

Daha sonra İndoneziya Nümayəndələr Şurasının sədri Puan Maharani, Namibiya Milli Assambleyasının sədri Peter Katjavivi, Nepal Nümayəndələr Palatasının sədri Aqni Prasad Sapkota, Mərakeş Krallığı Parlamentinin sədri Enaam Mayara, İran parlamentinin vitse-spikeri Əli Nikzad, Yəmən Respublikasının vitse spikeri Məhəmməd Əli Əl-Şadadi, Misir Parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Kərim Abdelkərim Dərviş, Hindistan Parlamentinin üzvü Sanjay Jaisval, Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev, TURKPA-nın Baş katibi Mehmet Sureyya Er, Ərəb Parlamentinin sədri Adel bin Əbdülrəhman əl-Asumi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasınını baş katibi Asəf Hacıyev və Kuba Milli Assableyası Xarici Əlaqələr komitəsinin rəhbəri Yolanda Ferrer Qomez çıxış edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasının vacibliyini vurğulayıb, təşkilata uğurlar arzulayıblar.

İclasın sonunda Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasına dair Madrid Bəyannaməsi qəbul olunub.

Şamaxı sakinindən silah və patronları götürülüb
Şamaxı sakinindən silah və patronları götürülüb
Taksi sürücüsünün narkotikin təsiri altında olduğu müəyyən edilib
Taksi sürücüsünün narkotikin təsiri altında olduğu müəyyən edilib
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
Loading Bars
Xəbər lenti
1400-dən çox şəxs bu əməlinə görə cərimə edilib
Ölkədə minik avtomobillərinin istehsalı artıb
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL
Tramp Mayamidə iki mindən çox lüks ev tikdirməyi planlaşdırır
Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Göyçay DYP-yə yeni rəis təyin olundu
“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq (FOTO)
Şamaxı sakinindən silah və patronları götürülüb
DGK sədri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb (FOTO)
Taksi sürücüsünün narkotikin təsiri altında olduğu müəyyən edilib
Bakıda metro qatarında problem yaranıb
Britaniyada dördgünlük iş həftəsi ilə eksperiment işə salınacaq
Ötən il idmançılarımız 500-dən çox medal qazanıb
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların videoformatda qəbulu keçirilib (FOTO)
ADU-da 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Pandemiyanın növbəti dalğası ərəfəsindəyik - MM Səhiyyə Komitəsinin sədr müavini (VİDEO)
Sumqayıt Dövlət Yol Polisi şöbəsində ölüm hadisəsi olub
Fransanın məsuliyyətsiz bəyanatlarına Bakıdan sərt reaksiya - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu
Bakıda məşhur restoranlar cərimələndi
Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib - RƏSMİ
Yanvarın 21-nə USD/AZN rəsmi məzənnəsi
Ceyhun Bayramov ATƏT-in forumunda Ermənistan nümayəndəsinin əsassız iddialarını rədd edib (FOTO)
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin fəaliyyəti yoxlanılıb (FOTO)
SOCAR-ın 2021-ci il üzrə əsas istehsalat göstəriciləri açıqlanıb (FOTO)
20 Yanvar xalqımızın Qəhrəmanlıq salnaməsidir (FOTO)
Tehranda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib (FOTO)
Fransada atışma olub, ölən var
20 yanvar Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Bu qanlı hadisəni azadlıq mübarizəsi və milli həmrəyliyimizin təzahürü kimi qürurla anırıq
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Ötən il yol qəzalarında 345 piyada ölüb
Qadını öldürüb yol kənarına atanlardan biri tutuldu (FOTO/VİDEO)
Ötən il yol qəzalarında 706 nəfər həlak olub - RƏSMİ
Uşaq evində valideynlə dava edən tərbiyəçi işdən çıxarıldı
DİN uşaq bağçasında valideynlə tərbiyəçi arasındakı qalmaqalı nəzarətə götürdü
"Azəriqaz"ın sayğacını elan saytında satışa çıxaran qadın saxlanıldı (FOTO)
Tərtərdə 16 yaşlı məktəbli qız qaçırılıb
Avropa İttifaqı ölkələrinin səfirləri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Mediasiya şurası VƏ MÜSİAD arasında əməkdaşlıq protokolu imzalanıb (FOTO)
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
20 Yanvar əlillərinə və şəhid ailələrinə birdəfəlik maddi yardım ödənildi
20 Yanvar xalqımızın milli birlik və həmrəylik sınağından uğurla çıxdığı tarixdir - Vüqar Rəhimzadə
Unibank ipoteka faiz dərəcəsini endirib
İranda ötən sutka ərzində 19 nəfər koronavirusdan ölüb
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib
2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı (FOTO)
ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb
Gəncədə oğurluq edən və silah saxlayan şəxslər saxlanılıb (FOTO/VİDEO)
Ötən il 3206 hərbi qulluqçu və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan hərbçiləri Türkiyədə təlimə qatılıblar (FOTO)
Azad edilmiş torpaqlara səfər edən şəxslər postlarda yenidən yoxlanacaq - Elşad Hacıyev
Həmkəndlilərinin evindən oğurluqlar edən şəxs saxlanılıb
Buraxılış imtahanlarının proqramları açıqlanıb
Mingəçevir Dövlət Universitetində ADA Universitetinin məlumatlandırma görüşü keçirilib (FOTO)
Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır - Tamam Cəfərova
Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcəklər - RƏSMİ
İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb
Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunacaq
İran xaricdən gətirilən koronavirus vaksinlərinin sayını açıqlayıb
İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Sabah güclü külək, yağıntılı və soyuq hava şəraiti gözlənilir
Narkokuryerlik edən daha 8 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanda yeni müdafiə naziri təyin olunub
Azərbaycan 20-dən çox məhbusu İrana qaytarıb
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
20 Yanvar şəhidi ailələri və əlillərinə 135 mənzil, 100-dək avtomobil verilib
XİN 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb
Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
"Azərişıq" kommunikasiya strategiyası hazırlayıb
Monteneqro parlamentinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri 5 milyard dollara yaxın svop müqaviləsi imzalayıb
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azad edilən ərazilərdə sahibkarlıq obyektləri ilə bağlı 40-a yaxın müraciət daxil olub - Azərişıq
Azad olunmuş torpaqlara səfər zamanı avtobuslarda bələdçilər olacaq - RƏSMİ
Teymur Musayev səhiyyə naziri təyin olundu - SƏRƏNCAM
Metronun "20 Yanvar" stansiyasında şəhidlərin xatirəsi yad ediləcək
Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb
Pulları birlikdə yaşadığım polisə verirdim - Külli miqdarda dələduzluqda təqsirləndirilən qadın
AMEA prezidentinin və vitse-prezidentinin maaşları artırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib
“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanılıb
Ombudsman beynəlxalq qurumları 20 Yanvar hadisələrini törədən şəxsləri mühakiməyə cəlb etməyə çağırıb
Azad olunmuş ərazilərə yeni marşrutlarla neçə nəfərin səfər etməsi nəzərdə tutulub? - AÇIQLAMA
Bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırıldı
Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb (FOTO)
Narkotik və silah-sursatla saxlanılan şəxsin daha bir cinayətinin üstü açılıb (FOTO)
DİN metroda xoşagəlməz hərəkətlər edən gənclərlə bağlı araşdırma aparır (VİDEO)
Lənkəranda mal-qara oğrusu saxlanılıb
Türkiyə ilə Ermənistan arasında aviareyslərin vaxtı və sayı açıqlanıb
Bu ərazilərə qar yağıb
Birbank yenidən ən çox istifadə olunan və bəyənilən rəqəmsal platforma oldu
Sökülməsi nəzərdə tutulan binalarda mənzillər niyə ucuzlaşmır?
ANAMA yeni əməliyyat qrupları formalaşdırır - Sədr müavini
Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb - Mikayıl Cabbarov
Bütün xəbərlər