...

Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib

Siyasət Materials 30 Noyabr 2021 13:45 (UTC +04:00)
Azərbaycan XİN İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İstanbuldakı qasırğa ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib:

"Qardaş Türkiyənin İstanbul şəhərində qasırğanın ölüm hallarına, yaralıların olmasına və dağıntılara səbəb olması bizi dərindən kədərləndirdi. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Seninleyiz Türkiye", - paylaşımda deyilir.

Qeyd edək ki, İstanbulda baş verən qasırğa nəticəsində 6 nəfər ölüb, 38 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti