...

Ankara-Yerevan münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına xidmət edə bilər - Rusiya XİN rəsmisi

Siyasət Materials 30 Dekabr 2021 14:19 (UTC +04:00)

Bakı. Trend:

Biz hesab edirik ki, Yerevanla Ankara arasında münasibətlərin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına xidmət edə bilər.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Tarixi perspektivdə bu iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq istəyən bir ölkə olaraq bizim tərəfimizdən az iş görülməyib. Bu məqsədlə tərəflərin xüsusi nümayəndələr təyin etməsi münasibətlərin normallaşdırılması niyyəti baxımından məntiqli və ağıllı addımdır. Rusiya dəfələrlə vasitəçilik səyləri göstərməyə, bu tənzimləmədə rol oynamağa hazır olduğunu, istənilən şəkildə təmasın təşkil olunmasında vasitəçiliyin reallaşdırılmasının mümkünlüyünü vurğulayıb", - M.Zaxarova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti