Zəngəzur dəhlizinin açılması region üçün yeni fürsətlər ortaya çıxaracaq - TƏHLİL

Zəngəzur dəhlizinin açılması region üçün yeni fürsətlər ortaya çıxaracaq - TƏHLİL

Bakı. Elçin Mehdiyev – Trend:

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdir. 2020-ci il noyabrın 10-da Moskvada imzalan üçtərəfli Bəyanatda da Zəngəzur dəhlizi ilə bağlı məsələ öz əksini tapıb. Zəngəzur dəhlizinin açılması regionun inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan, eyni zamanda regionda yeni reallıqlar yaratdı. Zəngəzur dəhlizinin açılması məsələsi bu reallıqlardan irəli gəlir.

“Bildiyimiz kimi, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Əvvəla, bu dəhlizin açılması ilə Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Məlum olduğu kimi, dörd il əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu və Azərbaycan bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdi. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq.

Beləliklə, ölkəmiz üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Bundan başqa, Azərbaycan tələb edir ki, Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində avtomobil yolu da çəkilsin. Çünki Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolu olmalıdır. Onu da qeyd edim ki, artıq Azərbaycan Bərdə-Ağdam dəmir yolunun inşasına başlayıb. Bu dəmir yolu Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçasıdır”, - deyə V.İskəndərov qeyd edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Vasif Hüseynov isə Trend-ə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm də digər region ölkələri üçün mühim töhfələr verəcək.

“Əlbəttə, ilk növbədə Azərbaycan üçün bu dəhliz onun muxtar bölgəsi Naxçıvan ilə kommunikasiyanın optimallaşmasına və Naxçıvan vasitəsilə birbaşa Türkiyəyə çıxış əldə etməyə xidmət edir. Məhz buna görədir ki, Azərbaycan bu dəhlizin açılması üçün post-müharibə dövründə əzmlə çalışır və qətiyyət nümayiş etdirir. Türkiyə ilə Zəngəzur dəhlizi vasitəsilə daha qısa əlaqəyə sahib olmağımız Trans-Xəzər Nəqliyyat Dəhlizinin əhəmiyyətini də xeyli artıracaq. Bu dəhliz Avropa və Çin arasında ticarətdə vaxt itkisinin qarşısını almağa şərait yaratmaqla, eyni zamanda tranzit ölkələr üçün də əlavə gəlir mənbəyi funksiyasını daşıyır”, - V.Hüseynov qeyd edib.

O vurğulayıb ki, bununla yanaşı, o da qeyd olunmalıdır ki, Zəngəzur dəhlizi digər region ölkələri, Ermənistan, Rusiya və İran üçün də əlavə imkanlar yaradır.

“Ermənistan Azərbaycan ərazisi vasitəsilə həm Rusiyaya, həm də İrana daha stabil çıxış imkanı əldə edir. Bu şəraitin yaradılması bölgədə ölkələr arasında əlaqələrin intensivləşməsinə və əməkdaşlıq mühitinin yaradılmasına imkan verir. Bunun nəticəsidir ki, müharibədən sonra təklif olunan “3+3” formatında regional əməkdaşlıq platformasının potensialı yüksək qiymətləndirilir. Zəngəzur dəhlizi bu format üçün nüvə rolunu oynayır. Bölgədəki ölkələri coğrafi olaraq birləşdirən bu dəhliz onlar arasında siyasi yaxınlaşma üçün yeni imkan pəncərəsi açır”, - deyə o əlavə edib.

Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)
Loading Bars
Xəbər lenti
Rusiyada növbəti dəfə ən yüksək yoluxma qeydə alınıb
Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
İlk sərnişin avtobusu Şuşaya çatıb (FOTO/VİDEO)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük sahəsində əməkdaşlıqla bağlı saziş təsdiqlənib
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub
Binəqədidə 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)
Zakir Həsənov Finlandiya XİN nümayəndə heyəti ilə görüşüb (FOTO)
VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb (VİDEO)
Ötən gün 33 yanğın olub (FOTO/VİDEO)
Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib
Toylarda 150 nəfərlik limit artırılacaq? (ÖZƏL)
Azərbaycan Gimnastika Federasiyası iki illik fasilədən sonra yerli yarışlara start verir
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə təhsil alan və yerli xəstəxanalarda işə cəlb olunacaq həkimlərin maaşı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Bolqarıstanın energetika naziri Azərbaycana gələcək
“Azərpambıq ASK” MMC-də pambıq əkininə hazırlıq işləri uğurla davam etdirilir
Qanunsuz parklanma təşkil edənlər iki min manat cərimələnəcək
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)
Sürücülər bu pozuntuya görə 40 manat cərimələnəcək
Vətən müharibəsində ziyan görmüş 294 sahibkara 4,7 milyon manat kompensasiya ödənilib - KOBİA
Türkiyədə müalicə alan 25 hərbçiyə əlillik təyin ediləcək
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə start verilib
Azərbaycanda parklanmaya görə cərimələr artırılır
Qazaxıstanda yeni komandanlıq təsis edilib
249 uşaq üzərində ürək və damar əməliyyatı keçirilib
Tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb
Bakıda “Azərsu”nun işçisi adı ilə vətəndaşlardan pul alan şəxs peyda olub (FOTO)
Azərbaycanda velosiped yolları müəyyən edilir
İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların sayı artırılıb (SİYAHI)
Xəstəxanalara ən çox bu xəstəliklər üzrə müraciət olunur
Ötən il Baş Prokurorluq valideyn hüquqlarının məhdudlaşdırılması üçün 12 iddia qaldırıb
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yeni cərimələr müəyyən edilir
Təqsirləndirilən şəxslərin xaricdəki əmlaklarının müsadirəsinə başlanılıb
Ağdamda ermənilərin dağıtdığı tarixi abidələr sərgilənəcək (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Avropa və İngiltərədə risklər yenidən artır
Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb
Dəmiryol stansiyasından çuqun barmaqlıqlar oğurlanıb (FOTO)
Ötən ilin sonu İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Qadağan edilmiş məlumatları yerləşdirən sosial media istifadəçilərinə xəbərdarlıq edilib, 1 nəfər həbs olunub
Çayxanada qumar oynayanlar saxlanılıblar
Litvada məktəblər distant təhsilə keçir
Buraxılış imtahanlarının dəqiq tarixləri nə üçün gec açıqlanır?
Jurnalistlər məlumatlarla təmin edilməlidir - Əhməd İsmayılov
Bu şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib
Bağlı qalmış 8 cinayət işi açılıb
Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən bacanaqlar saxlanılıb (FOTO/VİDEO)
Bərdə sakini qonşusunu güllələyib öldürüb
Ötən il Baş Prokurorluğun İstintaq idarəsində 96 cinayət işinin istintaqı tamamlanıb - Kamran Əliyev
Pekində Qış Olimpiya Oyunlarına gələn daha 6 nəfərdə koronavirus aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb
Dillər Universitetində Qış Olimpiya Oyunlarına həsr olunmuş seminar keçirilib (FOTO)
A-Qroup sığorta şirkəti Lənkəran şəhərində yeni nümayəndəlik açıb (FOTO)
Ermənistanın cinayətləri ilə bağlı xüsusi dinləmə keçiriləcək
Azad edilmiş ərazilərə reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq
Evdən çıxan 5 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb
Ötən həftə 67 hektardan çox ərazi minalardan təmizlənib
Ermənistanda prezidentliyə mümkün namizədlərin adı açıqlanıb
Ötən il qeydə alınmış cinayətlərin 87,3 faizinin üstü açılıb - Baş prokuror
Uşaq cərrahı Vüsal Cəfərov canlı yayımda “Uşaqlarda Laparoskopik cərrahiyyə” mövzusunda çıxış edəcək
Bu yolda hərəkət birtərəfli olacaq (VİDEO)
Həftəsonu 700-dən çox toyda monitorinq aparılıb, 16 nəfər cərimələnib
Masallı sakinlərindən qanunsuz silah götürülüb
2022-ci ildə Avropa-Qafqaz-Asiya dəhlizi çərçivəsində yeni pilot layihə işə salınacaq - TRACECA (MÜSAHİBƏ) (FOTO/VİDEO)
Sumqayıtda ikimərtəbəli evdə yanğın nəticəsində 1 nəfər ölüb
Sabirabadda qanunsuz ov edən şəxs saxlanılıb (FOTO)
Alimlər ilk dəfə canlı hüceyrənin tam dolğun modelini hazırlayıblar
2021-ci il vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından uğurlu bir il oldu
Pekində COVID-19-un yayılması Çinin digər bölgələrində də epidemioloji vəziyyətini pisləşdirib
Şuşa və Ağdama ilk sərnişin avtobus reysi yola düşdü (FOTO)
Azad edilən torpaqlara avtobus reyslərinin açılması bu ərazilərin inteqrasiyasında mühüm rol oynayacaq - DANX
Yanvar ayında Avropa rekord həcmdə maye qaz idxal edəcək
Husilər Səudiyyə Ərəbistanına ballistik raket atıblar
Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ hərbçi yerləşdirilməsi planını təqdim edib
Peyvənd olunmuş insanlarda "omikron"un beş simptomu açıqlanıb
ABŞ HDQ husilərə partlayıcı maddələr daşıyan gəmini ələ keçirib
Qarlı hava şəraiti səbəbindən Ankara ilə İstanbulu birləşdirən yol bağlanıb
İtaliya parlamentində ölkə prezidenti seçkilərinə start verilir
Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb
ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib
Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
Malidəki hərbi bazaya hücum nəticəsində fransız hərbçi həlak olub
İşğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reysləri başlayır
Çexiyada quş qripinə yoluxma faktları qeydı alınıb
Brüsseldə etirazçılarla polis arasında toqquşma baş verib
Ermənistan prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirəcək
Ağstafada yol qəzası nəticəsində "BMW" yanıb
ÜST "omicron"-dan daha yoluxucu ştammların meydana çıxmasını istisna etmir
Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq (FOTO)
Göygöldə yük avtomobili yanıb
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Ermənistan prezidenti istefa verib
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bütün xəbərlər