...

XİN ötən il aparılmış nəzarət tədbirlərinə dair hesabatla bağlı məlumat yayıb

Siyasət Materials 10 Fevral 2022 16:52 (UTC +04:00)
XİN ötən il aparılmış nəzarət tədbirlərinə dair hesabatla bağlı məlumat yayıb

Bakı. Trend:

Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ötən il aparılmış nəzarət tədbirlərinə dair hesabatı ilə bağlı KİV-in sualını cavablandırıb.

Trend xəbər verir ki, L.Abdullayevanın sözlərinə görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında aparılan yoxlamanın əhatə etdiyi dövr göstərilmədiyindən, məsələyə aydınlıq gətirməyi vacib hesab edirik. Vurğulamaq istərdik ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir.

"Məlum olduğu kimi, DTX-nın 2020-ci ildə apardığı əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin məsul əməkdaşları saxlanılıb və aparılmış istintaq hərəkətləri nəticəsində XİN zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 dekabr 2021-ci il tarixli hökmünə uyğun olaraq, həmin şəxslərdən cinayət hərəkətləri nəticəsində əldə olunmuş vəsaitin XİN-ə ödənilməsi qeyd olunub", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti