...

Bütün əsirlər Ermənistana geri qaytarılıb - Soltan Məmmədov

Siyasət Materials 22 Fevral 2022 11:38 (UTC +04:00)
Bütün əsirlər Ermənistana geri qaytarılıb - Soltan Məmmədov

Bakı. Elçin Mehdiyev -Trend:

Azərbaycanın mövqeyi tamamilə beynəlxalq qanunlarla üst-üstə düşür. Münaqişənin həlli beynəlxalq qanunlara uyğun olaraq və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinə uyğun şəkildə həyata keçirildi.

Trend xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədov İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.

Deputat bildirib ki, münaqişə artıq sona çatıb və biz regionda yeni reallıqlar yaratmışıq və bu reallıqlar Avropa tərəfindən dəstəklənir

"Mən şadam ki, beynəlxalq təşkilatlar regionda tərəfdaşlığın və əməkdaşlığın tərəfdarıdır. Biz regiona sülh gətirmək üçün bütün beynəlxalq platformalardan istifadə etməyə hazırıq. Əsirlər və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni irslə bağlı bir çox ittihamlar var. Nəzərinizə çatdırmaq istəyirəm ki, bütün əsirlər Ermənistana geri qaytarılıb.

Münaqişə bitdiyi üçün Azərbaycan Ermənistanla sərhədlərin delimitasiya və demakrasiyasına hazır olduğunu bəyan edib. İki ölkə arasında kommunikasiyaların açılması regiona sülh və əminamanlıq gətirəcək. Mədəni irslə bağlı iddialara gəlincə isə Azərbaycan beynəlxalq monitorinq və qiymətləndirmənin həyata keçirilməsinə açıqdır.

Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlı itkin düşub və hələ də onlardan taleyi ilə bağlı heç bir məlumat yoxdur.", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti