...

Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir - Ceyhun Bayramov

Siyasət Materials 5 Mart 2022 14:38 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir - Ceyhun Bayramov

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələr yüksək səviyyədədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün keçirilən görüş zamanı iqtisadi və enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu.

“Azərbaycanla Türkiyə arasında ticarət dövriyəsi 12 faiz artaraq 5 milyard dollara yaxındır. Ancaq potensial bundan daha böyükdur. Növbəti illərdə bir daha böyük rəqəmlərin şahidi olacağıq”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti