Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfərə gəlib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz feysbuk hesabında məlumat verib.
"Antalya Formundan sonra Ukrayna böhranını həll etmək üçün diplomatik fəaliyyətimizi davam etdirmək məqsədilə Moskvadayıq", - deyə Çavuşoğlu yazıb.