...

Almaniya kansleri ölkəsinin raket əleyhinə müdafiə sistemini gücləndirmək niyyətindədir

Siyasət Materials 28 Mart 2022 08:46 (UTC +04:00)
Almaniya kansleri ölkəsinin raket əleyhinə müdafiə sistemini gücləndirmək niyyətindədir

Bakı. Trend:

Almaniya müvafiq sistemlərin alınması və qurulması yolu ilə raketdən müdafiə sistemini gücləndirməyi zəruri hesab edir.

Trend xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts yerli KİV-ə müsahibəsində bildirib.

Bundan əvvəl, Almaniyanın “Bild” qəzeti yazırdı ki, Şolts digər problemlərlə yanaşı, Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Zorn ilə bu məsələni ətraflı müzakirə edib.

Xüsusilə, İsraildən dəyəri 2 milyard avro olan “Arrow 3” raketdən müdafiə sisteminin alınması imkanını nəzərdən keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti