...

Ermənistan müharibəyə, günahsız insanların ölümünə hesablanmış siyasətini davam etdirir - ŞƏRH

Siyasət Materials 28 Mart 2022 20:42 (UTC +04:00)
Ermənistan müharibəyə, günahsız insanların ölümünə hesablanmış siyasətini davam etdirir - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan 4 hərbi təyyarəsini və pilotlarını Ukraynada döyüşlərdə istifadə olunması üçün Rusiyaya yola salıb. Yayılan məlumatda qeyd olunur ki, Ermənistan martın 25-də 4 ədəd "Su-30" tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotlarla birgə Rusiyanın tabeliyinə verib.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, hər zaman sülhə deyil, müharibəyə, günahsız qanların tökülməsinə, insanların ölümünə hesablanmış siyasət həyta keçirən Ermənistan bu dəfə də öz “əqidəsinə” sadiqlik nümayiş etdirir.

“Dünya birliyi Rusiyanın Ukraynaya qarşı hücumunun dayandırılmasına, Ukraynanın dinc vətəndaşlarının müharibə qurbanı olmasının qarşısını almağa çalışdığı bir vaxtda Ermənistan əksinə addım atır”, - deyə o bildirib.

Deputatın sözlərinə görə, bu günlərdə yayılan məlumat Ermənistanın sülhün deyil, müharibənin dəstəkçisi olduğunu bir daha təsdiqləyib.

“Həmin məlumata əsasən, Ermənistan ona məxsus olan 4 ədəd müasir SU 30 təyyarəsini Ukraynada hərbi əməliyyatlarda istifadə etmək üçün göndərib. Erməni pilotlar tərəfindən idarə olunduğu bildirilən bu təyyarələr Rusiyanın Ukraynaya qarşı hücumlarında istifadə edilir. Bu, onu deməyə əsas verir ki, Ermənistan Ukraynaya qarşı aparılan hərbi əməliyyatlara qoşuldu. Bütün dünya Belarusun müharibəyə qoşulacağını güman etsə də, Ermənistan onu qabaqladı və qarşıdurmanın iştirakçısına çevrildi. Beləliklə, Ermənistan rəbrərləri “fəxr edə bilərlər” ki, bu gün Ukraynanın şəhərlərinin, infrastrukturunun dağıdılmasında Ermənistanın da "töhfələri" var”, - deyə deputat bildirib.

V.İskəndərov deyib ki, bu, Ermənistanın beynəlxalq birliyə meydan oxuyan yeganə addımı deyil: “Bundan əvvəl də Ermənistanın Ukraynada vuruşmaq üçün Suriyadan gətirilən yaraqlıların döyüş zonasına göndərilməsində rol aldığı bildirilmişdi. Beləliklə, hər şey gün kimi aydındır. Ermənistan bütün dünyaya meydan oxuyur. Özü də bu, ABŞ və Qərb ölkələri Rusiyaya hərbi, iqtisadi və digər yardım göstərən istənilən ölkəyə qarşı ciddi tədbirlər görüləcəyini bəyan etdiyi bir ərəfədə baş verir. Bir sözlə, Ermənistan bununla öz mövqeyini ortaya qoydu. İndi növbə Qərbin, xüsusilə də ABŞ-ındır. ABŞ-ın, Qərb ölkələrinin Ermənistanın bu addımına necə reaksiya verəcəkləri, bu ölkəyə də sanksiyalar tətbiq edib-etməyəcəkləri hər kəsdə maraq doğurur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti