...

Polşa şirkətləri azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştirakda maraqlıdır - Polşa XİN başçısı

Siyasət Materials 31 Mart 2022 14:30 (UTC +04:00)
Polşa şirkətləri azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştirakda maraqlıdır - Polşa XİN başçısı

Bakı. Trend:

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətləri iştirak etməkdə maraqlıdır.

Trend xəbər verir ki, bunu Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau martın 31-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini vurğulayıb.

Zbiqnev Rau Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətlərinin də maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti