...

İtaliya Qarabağın bərpasında Azərbaycanın ilk tərəfdaşıdır - Ceyhun Bayramov

Siyasət Materials 2 Aprel 2022 16:04 (UTC +04:00)
İtaliya Qarabağın bərpasında Azərbaycanın ilk tərəfdaşıdır  - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Azərbaycanın Qarabağda bərpa işlərində iştirak edən ilk tərəfdaş ölkəsi olub.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Azərbaycan-İtaliya: çoxşaxəli strateji tərəfdaşlığa gedən yol” adlı konfransda deyib.

"Azərbaycan və İtaliya arasında əlaqələr Prezident İlham Əliyevin 2020-ci ildə bu ölkəyə səfərindən sonra daha da möhkəmlənib", - C.Bayramov bildirib.

Onun sözlərinə görə, ölkələr arasında təhsil, humanitar, ticarət və digər sahələrdə əlaqələr inkişaf edir.

Nazir əlavə edib ki, Azərbaycan və İtaliya TAP layihəsinin işə salınması sayəsində enerji sektorunda da tərəfdaşlıq əlaqələrini gücləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti