Bakı. Trend:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Görüş A.Mirzoyanın Rusiyaya işgüzar səfəri çərçivəsində planlaşdırılır.
"Aprelin 8-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirliklərinin danışıqları planlaşdırılır", - deyə M.Zaxarova bildirib.