...

Parlament daha bir beynəlxalq sənədi təsdiq etdi

Siyasət Materials 15 Aprel 2022 11:36 (UTC +04:00)
Parlament daha bir beynəlxalq sənədi təsdiq etdi

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis daha bir beynəlxalq sənədi təsdiq edib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya Radiorabitə Konfransının Yekun Aktlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsində qeyd edilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti və 2019-cu il noyabrın 22-də Şarm-əl-Şeyx şəhərində imzalanmış Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları Azərbaycan Respublikasının ona dair bəyanatları ilə təsdiq edilsin.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti