...

Fransanın "La Gazette" qəzetində Şuşada keçirilmiş "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" beynəlxalq konfransı barədə məqalə dərc edilib

Siyasət Materials 7 May 2022 13:29 (UTC +04:00)
Fransanın "La Gazette" qəzetində Şuşada keçirilmiş "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" beynəlxalq konfransı barədə məqalə dərc edilib

Bakı. Trend:

Fransanın Lagazetteaz.fr onlayn qəzeti aprelin 28-də Şuşada keçirilmiş "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" beynəlxalq konfransına həsr olunmuş məqalə dərc edib.

Trend-in məlumatına görə, məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev konfransın iştirakçıları ilə görüşüb və onlar Azərbaycanın gələcəyi, qonşularla və digər ölkələrlə münasibətləri, Qarabağın gələcəyi, Ermənistanla münasibətlərin normallaşması barədə vacib suallar verib.

Həmçinin, məqalədə vurğulanır ki, konfrans iştirakçıları Şuşa şəhəri, otuz illik erməni işğalı nəticəsində dağıntıların miqyası ilə tanış olublar.

Konfrans 23 ölkədən 40-a yaxın eksperti bir araya toplayıb. Konfrans iştirakçıları Cənubi Qafqazda möhkəm sülhün qurulması və post-münaqişə regional əməkdaşlıq imkanlarını müzakirə ediblər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti