...

Litva prezidenti Bakıda Azərbaycanla Aİ arasında münasibətlərin perspektivini müzakirə edəcək

Siyasət Materials 16 May 2022 11:26 (UTC +04:00)

Bakı. Trend:

Litva prezidenti Gitanas Nauseda bu həftə Azərbaycana səfəri çərçivəsində ölkənin Avropa İttifaqı ilə münasibətlərinin perspektivini və beynəlxalq gündəmdə olan məsələləri müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə Litva prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, G.Nauseda Cənubi Qafqazda təhlükəsizlik sahəsində vəziyyət, ikitərəfli ticari-iqtisadi, o cümlədən energetika sahəsindıə əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Litva prezidentinin, həmçinin baş nazir Əli Əsədovla görüşü nəzərdə tutulur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti