...

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair müzakirələr davam edir - Akif Çağatay

Siyasət Materials 23 May 2022 17:29
Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair müzakirələr davam edir - Akif Çağatay

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair müzakirələr davam edir.

Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç deyib.

Onun sözlərinə görə, masada bir sıra məsələlər, həmçinin Ermənistanın ilkin şərt olmadan da normallaşma təklifi var.

"Hazırda iki ölkə arasında çarter uçuşlar davam edir. Normallaşma üçün atılan addımlar dərhal nəticə vermir. Bunun üçün bir mərhələ lazımdır. Lakin tərəflərin bununla bağlı xüsusi nümayəndə təyin etmələri ortada bir iradə olmasının göstəricisidir. Ümid edirəm ki, qarşımızdakı dövrlərdə bunun müsbət nəticələrini görərik", - o deyib.

Akif Çağatay Kılıç Azərbaycanın da prosesi dəstəklədiyini ifafə edib. Bildirib ki, Türkiyə də 30 ilə yaxın bir müddətdən sonra torpaqlarımızın azad edilməsindən sonrakı prosesdə də Azərbaycanın yanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti