...

Azərbaycan Hərbi Hava Qüvvələri "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərində iştirak edir (FOTO)

Siyasət Materials 25 May 2022 16:07
Azərbaycan Hərbi Hava Qüvvələri "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərində iştirak edir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyənin Konya vilayətində "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

Trend xəbər verir ki, “Anadolu Qartalı-2022” xilasetmə və havadan yardım hərəkatına nəzarəti möhkəmləndirmək, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən ölkələr arasında hərbi hava qüvvələri sahəsindəki əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.

Növbəti dəfə Azərbaycanın iştirakı ilə baş tutan təlimdə ölkəmizin Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandası ilə yanaşı iki “MI-27 1V” çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Qeyd edək ki, builki "Anadolu Qartalı" təlimlərində Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti