...

ABŞ prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə ilk dəfə görüşəcək

Siyasət Materials 3 İyun 2022 03:36 (UTC +04:00)
ABŞ prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə ilk dəfə görüşəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden bu ay Səudiyyə Ərəbistanına səfər etmək və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudla ilk dəfə görüşmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Bildirilib ki, Ağ Ev rəhbəri iki ölkə arasında 2018-ci ildə jurnalist Camal Qaşıqçının qətlindən sonra pisləşən münasibətləri bərpa etmək niyyətindədir.

C.Baydenin Ər-Riyada səfəri Avropa və İsrailə planlaşdırdığı səfərin çərçivəsində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti