Bakı. Trend:
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri senariyə uyğun olaraq aşkar olunan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər.
Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə
qabiliyyətini və şəxsi heyətin praktiki bacarıqlarını inkişaf
etdirmək, eləcə də bölmələr arasında qarşılıqlı əlaqəni
təkmilləşdirməkdir.
Döyüş atışlı taktiki təlimlərdə qarşıya qoyulan tapşırıqlar
bölmələr tərəfindən müvəffəqiyyətlə icra olunub.