...

Səfirlik Rusiyanın keçmiş dövlət katibinin Bakıda vəfat etdiyini təsdiqləyib

Siyasət Materials 19 İyun 2022 21:54 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Azərbaycandakı səfirliyi ölkənin keçmiş dövlət katibi Gennadi Burbulisin Bakıda vəfat etməsi ilə bağlı məlumatı təsdiqləyib.

"Bizim konsulluq əməkdaşlarımız lazımi köməkliyi göstərir", - səfirlikdən Trend-ə bildirilib.

Qeyd edək ki, Rusiyanın keçmiş dövlət katibi, baş nazirin keçmiş birinci müavini və iki çağırış Dövlət Dumasının üzvü olmuş Gennadi Burbulis 77 yaşında Bakıda vəfat edib. Onun dəfnin vaxtı və yeri hələlik açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti