...

Xəzəryanı ölkələr arasında əməkdaşlıq üzrə ratifikasiya prosesini sona çatdırmaq lazımdır - Ceyhun Bayramov

Siyasət Materials 24 İyun 2022 17:18 (UTC +04:00)
Xəzəryanı ölkələr arasında əməkdaşlıq üzrə ratifikasiya prosesini sona çatdırmaq lazımdır - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xəzəryanı ölkələr arasında əməkdaşlıq üzrə ratifikasiya prosesini sona çatdırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"Xəzər dənizi bütün Xəzəryanı ölkələr arasında əməkdaşlığın vacib elementidir. Bu gün bir daha 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə konvensiyanın tarixi əhəmiyyəti qeyd olunub. Rusiya və Azərbaycan bütün dövlətdaxili prosedurları başa çatdırıb və ratifikasiya sona çatdırılıb. Hesab edirik ki, ratifikasiya prosesi bütün Xəzəryanı dövlətlər tərəfindən sona çatdırılmalıdır", - nazir deyib.

O qeyd edib ki, hətta ratifikasiya prosesinin tam başa çatmaması Xəzəryanı dövlətlərə əməkdaşlıq etmək və Xəzərdə bir sıra istiqamətlər üzrə qarşılıqlı fəaliyyəti tənzimləyən sənədləri hazırlamağa mane olmur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti