...

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişib

Siyasət Materials 24 İyun 2022 18:15 (UTC +04:00)
Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvlərinin sıyahısında dəyişiklik olub.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” sərəncamında edilən dəyişikliklə bağlı sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibinə daxil olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti