...

Xəzər ölkələri hərbi əməkdaşlıq barədə saziş üzərində işi sürətləndirəcək

Siyasət Materials 28 İyun 2022 18:07 (UTC +04:00)

Bakı. Trend:

Xəzər "beşliyi" ölkələri Xəzər dənizində etimad və hərbi əməkdaşlıq tədbirlərinin möhkəmləndirilməsi barədə saziş üzərində işin sürətləndirilməsi barədə razılığa gəlib.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclasının yekununda mətbuat konfransında deyib.

"Hərbi qarşılıqlı fəaliyyət sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Xəzər dövlətlərinin hərbi fəaliyyəti ilə bağlı etimad tədbirlərinin hazırlanması barədə saziş üzərində işlərin sürətləndirilməsi təklif olunur", - deyə o bildirib.

S.Lavrovun sözlərinə görə, tərəflər təsdiq edib ki, Xəzər dənizi bölgəsində Xəzərə çıxışı olmayan ölkələrin silahlı qüvvələrinin mövcudluğu istisna olunur.

"Bu, ümumilikdə gəmiçiliyə, o cümldən, mülki gəmiçiliyə aiddir. Xəzər dənizinin hüquqi statusu barədə konvensiya çərçivəsində burada yalnız Xəzər ölkələrindən birinin bayrağı altında gəmilərin üzə bilməsi barədə qərar verilib", - rusiyalı nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti