Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası gəlirlər 26 396 285,0 min manat, xərclər 27 422 420,2 min manat məbləğində olmaqla təsdiq edilib.
***
Dövlət baçısı, həmçinin, “Azərbaycan Respublikasının 2021-ci il
dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının
2022-ci il 28 iyun tarixli 559-VIQ nömrəli
Qanununun tətbiqi barədə Fərman imzalayıb.
Fərmanla “Azərbaycan Respublikasının 2021-ci il dövlət
büdcəsinin
icrası haqqında” Azərbaycan Respublikasının 2022-ci il 28 iyun
tarixli 559-VIQ nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini
təmin etmək
məqsədilə qərara alınır:
- “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin
icrası haqqında”
Azərbaycan Respublikasının 2022-ci il 28 iyun tarixli 559-VIQ
nömrəli Qanununun 2-ci
maddəsinin 2.2-ci bəndi ilə funksional təsnifatın bölmə və köməkçi
bölmələri
səviyyəsində istifadə olunan vəsaitin inzibati təsnifata uyğun
olaraq dövlət
büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və
tədbirlər üzrə icrasının
məbləği aşağıdakı qaydada təsdiq edilsin: